top
Həftəlik bürclər 21 AVQUST - 27 AVQUST
20 avqust 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 21 AVQUST - 27 AVQUST

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə, xüsusilə iş yoldaşlarınızla münasibətlərdə diqqətli olun: xoşagəlməz bir sözlə özünüzə düşmən qazana bilərsiniz. Sizdən nizam-intizam, səbir və məsuliyyət tələb olunacaq: dostlardan dəstək almaqdan qorxmayın, onlar bu dövrdə çox olacaq problemlərinizi həll etməyə kömək edəcəklər. Cütlüklər birlikdə yaşamağa qərar verə bilərlər və bu, yaxın gələcəkdə xoşbəxt evliliyə doğru ilk addım olacaq. Ailəli Qoçlar həftəsonu qısqanclıq zəminində böyük dava yaşaya bilərlər. Uğurlu günləriniz 22, 24 avqust, uğursuz gününüz isə 26 avqustdur.

BUĞA bürcü


Bu həftə xeyirxah davranışınızdan təkcə karyeranız deyil, həm də maddi durumunuz asılı olacaq. İş adamları planları haqda heç kimə danışmamalıdırlar: ətrafdakıların çoxu sizin uğur qazanmağınızı istəmir və parlaq ideyanızı oğurlaya bilər. Bu ay qarşıya qoyacağınız hər hansı məqsədə nail olmanız gələn ay sizə gəlir gətirəcək: pulun içində üzəcəksiniz. Yaxın insan sizi xoşbəxt edəcək: bu xəbər həyatınızı dəyişəcək. Uğurlu günləriniz 20, 26 avqust, uğursuz gününüz isə 21 avqustdur.

ƏKİZLƏR bürcü


Bu həftə maliyyə baxımından əlverişli dövrdür: daşınmaz əmlaka investisiya qoymaq uğurlu siyasət olacaq. Tənha Əkizlərin tezliklə tanışlıq dairəsi xeyli genişlənəcək və yeni tanışlar arasında uzun illər əsl dayağa çevriləcək birini tapmaq mümkün olacaq. Ailəli insanların hüzurunu keçmişdə münasibətdə olduğu insan poza bilər: sevgi romanı tam bitməyib. Gərgin qrafik sizin sağlamlığınıza ziyan vura bilər: özünüzə məzuniyyət götürün, stresdən uzaq durun. Uğurlu günləriniz 21, 22 avqust, uğursuz gününüz isə 23 avqustdur.

XƏRÇƏNG bürcü


Bu həftə yeni romantik münasibətə başlamaq, nişan etmək üçün uyğun deyil: aranızı vuran insanlar olacaq. Bu dövr yolunuz labirint kimi olacaq, amma, şübhəsiz ki, ondan çıxış yolu tapmağa müvəffəq olacaqsınız. Siz tək işləməyə və bütün problemləri təkbaşına həll etməyə öyrəşmisiniz, lakin indi digər insanlarla birləşərək komanda şəklində hərəkət etmək vaxtıdır: əlinizə böyük pullar düşəcək. Sevgilinizə daha çox vaxt ayırmağa çalışın: arada yaranan soyuqluq münasibətinizə pis təsir edə, hətta ayrılığa səbəb ola bilər. Uğurlu günləriniz 25, 27 avqust, uğursuz gününüz isə 24 avqustdur.

ŞİR bürcü


Bu həftə keçmiş nailiyyətlərə görə çoxdan gözlənilən mükafat və gələcək uğur üçün möhkəm təməl əldə edəcəksiniz. Məşğul olduğunuz sahədə aktiv ünsiyyət sizə etibarlı tərəfdaşlar tapmağa və gələcək üçün möhkəm zəmin yaratmağa kömək edəcək. Bürcün işsiz nümayəndələri lider sayılacaqları rahat bir iş yeri tapa biləcəklər. Tənha Şirlər üçün bu dövr həyəcanverici, romantik, sürətlə inkişaf edəcək başgicəlləndirici hadisələrlə yadda qalacaq, lakin bununla belə, bir çox maneələri dəf etmək lazım gələcək. Uğurlu günləriniz 24, 26 avqust, uğursuz gününüz isə 22 avqustdur.

QIZ bürcü


Qısa bir səfər ailəli insanların sevgi münasibətlərini gücləndirməyə kömək edəcək. Bir çox Qızlar əmlak almaq, təmirə başlamaq, başqa evə köçmək imkanı əldə edəcəklər. Ümumiyyətlə, işləri təxirə salıb, əngəlləri unuda biləcəyiniz zaman sizi yaxşı vaxt gözləyir. İşsiz olanlar sevinəcəklər: həftəsonu gəlirli iş təklifi alacaqsınız. Hər şeyi üzə demək xüsusiyyətiniz sizə qarşı olacaq: əlbəyaxa davaya hazır olun. Uğurlu günləriniz 21, 27 avqust, uğursuz gününüz isə 25 avqustdur.

TƏRƏZİ bürcü


Uzun müddətdir iş axtaranlar yaxşı gəlirlə perspektivli yer tapa biləcəklər. Yeni iş yeri əvvəlcə uyğun görünməyə bilər, lakin sonradan bunun ən yaxşı seçim olduğunu görəcəksiniz. Subay olanlar sevgidə uğur qazana bilərlər: köhnə yaralarınız sağalıb və siz sevgi həyatınızın yeni səhifəsini açmağa cəhd etməlisiniz. Taleyinizi dəyişəcək həmin insanla çimərlikdə, kafedə, konsertdə rastlaşa bilərsiniz. Həftəsonu sağlamlığınızı qoruyun: günvurma, zəhərlənmə, hətta döyülmək riski altındasınız. Uğurlu günləriniz 25, 27 avqust, uğursuz gününüz isə 23 avqustdur.

ƏQRƏB bürcü


Başı yalnız işə qarışan insanlar sevgilisi ilə daha çox vaxt keçirməlidirlər: münasibətinizdə yaranan çatlar ayrılığa səbəb ola bilər. Qohumlardan bir nəfər sizə maddi dəstək göstərəcək: güman ki, bu, bizneslə və ya səfərə çıxmaqla bağlı olacaq. Həyatınızda biri var ki, sizdən ötrü dəli-divanədir, lakin sizin soyuqluğunuz onu daha da dəli edir: o insana bir şans verin. Həftəsonu qalmaqala düşə bilərsiniz, odur ki, çalışın, artıq-əskik danışmayın, heç kimin də quyruğunu tapdalamayın. Uğurlu günləriniz 22, 23 avqust, uğursuz gününüz isə 24 avqustdur.

OXATAN bürcü


Həftənin əvvəli bəzi cəsarətli ideyaların həyata keçirilməsi üçün mükəmməl vaxtdır. Başqaları sizin ideyanızın reallığına inanmaya bilərlər, əsas odur ki, siz özünüz uğur qazanacağınıza inanın. Buna görə də mütləq intuisiyanıza güvənin, o, sizə səhv yol göstərməyəcək. İllərdir sizi sevən, lakin cəsarət göstərib sizə öz hissləri haqda deyə bilməyən o insana mütləq “hə” deyin: onunla xoşbəxt olub bir yastıqda qarıyacaqsınız. Dostunuzdan maddi hədiyyə gözləyin. Uğurlu günləriniz 25, 27 avqust, uğursuz gününüz isə 21 avqustdur.

OĞLAQ bürcü


Bu həftə Oğlaq fantaziya və xəyallar dünyasına qərq olacaq. Bu, onun yeni münasibətə başlaması, ən ideal insanı tapması və ya gəlirli işə düzəlməsi səbəbindən ola bilər. Bu dövr çox qarma-qarışıq olacaq, hadisələr gözlənilməz şəkildə cərəyan edəcək. Səbirli olub hər bir işi planlı şəkildə qurmaq məsləhət görülür, o zaman problemlərdən uzaq duracaqsınız. Çox güman ki, işdə yeniliklər baş verəcək: müdiriyyət tərəfindən sizə yeni tapşırıq və ya layihə həvalə edilə bilər. Uğurlu günləriniz 22, 25 avqust, uğursuz gününüz isə 24 avqustdur.

DOLÇA bürcü


Bu həftə işlər istədiyinizdən daha çətin alına bilər, lakin israrlı olmalısınız: yolda maneələr yaransa belə, geri çəkilməyin, ilk uğursuzluqdan sonra təslim olmayın. Tez-tez xəyallara dalan Dolça reallıqla barışmalıdır: həyatınızı dəyişmək üçün ağlınız da var, imkanlarınız da. Yeni işə sahib olmaq üçün şansınız olacaq, bu fürsəti qaçırmayın. Bürcün tənha nümayəndələri artıq münasibətə başlamaq fikrinə gəlməlidirlər və bu həftə bunun üçün çox uğurlu zamandır. Uğurlu günləriniz 21, 26 avqust, uğursuz gününüz isə 27 avqustdur.

BALIQLAR bürcü


Həyatınızda hisslərinizlə oynayan biri var, siz ona bütün sevginizi bəxş edirsiniz, o isə bundan istifadə edir. Həftəsonu bu insanı ifşa edəcəksiniz, çünki onun yalanları üzə çıxacaq. Lakin kədərlənməyin, onu unutduracaq və sizə layiq biri həyatınıza daxil olacaq. Pulunuzu düzgün yerə yönəldin: balışın altında saxlamaq əvəzinə kiçik biznes qurmaqla və ya investisiya etməklə daha çox pul qazana bilərsiniz. Uğurlu günləriniz 25, 27 avqust, uğursuz gününüz isə 21 avqustdur.

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər