top
Həftəlik bürclər 22 APREL - 28 APREL
21 aprel 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 22 APREL - 28 APREL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə maliyyə sabitliyinizə diqqət yetirmək və öz dəyərlərinizi dərk etmək fürsəti gətirəcək. Maddiyyatla bağlı qərarlar qəbul edərkən diqqətli olun, lakin yeni imkanlar qazanmaq üçün risk etməkdən çəkinməyin. Bu həftə gözlənilmədən düşmən qazana bilərsiniz: bütün münaqişələri və ziddiyyətli məsələləri zorla deyil, sözlə həll edin. Cümə günü siz müəyyən seçim qarşısında qalacaqsınız və hadisələrin necə cərəyan edəcəyi yalnız soyuqqanlılığınızdan asılı olacaq: 100 ölçüb, 1 biçin! Uğurlu günləriniz 22, 25 aprel, uğursuz gününüz isə 24 apreldir.

BUĞA bürcü


Siz çox çox inadkarsınız, amma bu həftə nisbətən mülayim olmalısınız. İnsanlarla ünsiyyətdə strategiya və taktikanızı dəyişin: onda dostlarınız da artacaq, tərəfdaşlarınız da. İşdə vəzifə dəyişikliyi gözlənilir: sizin əziyyətiniz dəyərləndiriləcək və sizə yüksək maaş veriləcək. Partnyorunuzla münasibətdə hər ikiniz üçün əhəmiyyətli olacaq məsuliyyətli bir qərar verməklə üzləşə bilərsiniz: kənardan sizə müdaxilə etmək istəsələr də, heç kimə qulaq asmayın. Uğurlu günləriniz 24, 28 aprel, uğursuz gününüz isə 22 apreldir.

ƏKİZLƏR bürcü


İş yoldaşlarınızla münasibətlərdə münaqişələr və anlaşılmazlıqlar yarana bilər, lakin sonda hər şey olduqca rəvan olacaq. İşinizdə daha təcrübəli insanların köməyinə ehtiyacınız olacaq, bundan imtina etməyin. Həftənin sonunda özünüzə diqqət yetirin, istirahət etməyi unutmayın: pul xərcləməkdən çəkinməyin, onsuz gələn ay maddi durumunuz xeyli yaxşılaşacaq. Ərəb ölkələrindən olan biri ilə tanış olacaqsınız: bu, sizin gələcək iş yoldaşınız, ya da həyat yoldaşınız ola bilər, bir sözlə – həyatınız onunla dəyişəcək. Uğurlu günləriniz 22, 23 aprel, uğursuz gününüz isə 27 apreldir.

XƏRÇƏNG bürcü


Bu həftə həyatınızda əhəmiyyətli rolu olmayan qohumlar sizə ağıl verməyə çalışacaqlar. Lakin onlara qulaq asmayan, öz bildiyinizi edin! Subay xanımlar, ərəb şeyxi qapınızı döyəcək: qır-qızıl içində yaşamağa hazır olun. Subay bəylər, sizdə sevinəcəksiniz, çünki qarşınıza dünya gözəli, ağıllı bir xanım çıxacaq: onunla ömür boyu xoşbəxt yaşayacaqsınız. Səyahət etmək vaxtıdır: yığın çamodanları, bütün yorğunluğunuzu çıxarın. İşsiz olanların üzləri güləcək: axır ki, gəlirli iş tapacaqsınız və vəzifənizdən razı olacaqsınız. Uğurlu günləriniz 25, 27 aprel, uğursuz gününüz isə 24 apreldir.

ŞİR bürcü


Bu həftə xoş hədiyyələr alacaqsınız. İşiniz çox olacaq və öhdəsindən gəlsəniz, hörmətiniz və maaşınız artacaq. Hər hansı bir çətinlik yaranarsa, dostlarınızdan məsləhət istəməkdən çəkinməyin, onlar sizə həqiqətən kömək edə və bir çox məqamları aydınlaşdıra bilərlər. Həftənin ortasında stresə düşə bilərsiniz: əsəblərinizi cilovlayın, sakitləşin və hadisələrə soyuqqanlı yanaşın. Maddi cəhətdən problemlər olmayacaq, əksinə, gözləmədiyiniz yerdən əlinizə pul düşəcək. Uğurlu günləriniz 26, 28 aprel, uğursuz gününüz isə 23 apreldir.

QIZ bürcü


Bu həftə sözlərinizə diqqət yetirin, çünki özünüzə həddindən artıq əminliyiniz sizə qarşı çevriləcək. Yaxın günlərdə köhnə tanışlarla gözlənilməz görüşlər, eləcə də maraqlı xəbərlər sizi təəccübləndirəcək. Məktəb və ya tələbə yoldaşınızdan sevgi etirafı gözləyin: onun hisslərinə “yox” deyib öz qismətinizdən qaçmayın. Bu həftə kompüter və ya dil kurslarına yazılmağa çalışın: qarşınıza gəlirli iş çıxacaq və əldə edilmiş bacarıqlar sizə lazım olacaq. Qonşunuzla münasibətiniz korlanacaq: sözünüz çəp gələcək. Uğurlu günləriniz 23, 26 aprel, uğursuz gününüz isə 22 apreldir.

TƏRƏZİ bürcü


Bu həftə emosional cəhətdən qeyri-sabit olacaqsınız. Əsəbinizi yaxın insanların üstünə tökəcəksiniz: bu onlarla münasibətlərinizi korlaya bilər. Tərəzilərin ən iddialı planları reallaşmağa başlayır, lakin onlar büdcələrini daha diqqətlə planlaşdırmalıdırlar. Yaxın dostunuzun sirdaşı olacaqsınız: sizə güvənib ürəyini açacaq, ona dəstək olmalısınız. Müdirinizlə vacib söhbət olacaq: əgər işinizə tam güc qoymusunuzsa, bu, bir yüksəliş və ya nüfuzun əhəmiyyətli dərəcədə artması məsələsi olacaq. Əgər öz vəzifənizi yerinə yetirərkən səhlənkarlığa yol vermisinizsə, o zaman işdən çıxarıla bilərsiniz. Uğurlu günləriniz 25, 26 aprel, uğursuz gününüz isə 28 apreldir.

ƏQRƏB bürcü


Daha çox pul qazanacaqsınız: müntəzəm qazancdan əlavə, köhnə borcların qaytarılmasına arxalana bilərsiniz. Münasibətdə bəxti gətirməyənlərin, ayrılan və ya boşanan Əqrəblərin qarşısına ona layiq bir rinsan çıxacaq: kədərə son qoyub, xoşbəxt günlər yaşamağa başlayacaqsınız. Sizə hal-hazırda dəstək lazımdır və o dəstəyi dostlarınızdan ala bilərsiniz: onlardan kömək istəməkdən çəkinməyin, inanın ki, mütləq sizin yanınızda olacaqlar. Uğurlu günləriniz 23, 24 aprel, uğursuz gününüz isə 25 apreldir.

OXATAN bürcü


Ortaq dostlar dairəsində maraqlı bir insanla tanış olmaq şansı ola bilər və onun əsl taleyinizə çevrilməsi tamamilə mümkündür. Evli olanlara münasibətlərinə istilik qatmaq üçün səyahətə çıxmaq məsləhət görülür: yeniliklər sizi daha da yaxınlaşdıracaq, aranızda qığılcım yaradacaq. Pulunuza qənaət edin, çünki bu yaxında böyük alış edəcəksiniz: arzunuz çin olacaq. Ətrafınıza baxın, görün, sizə nə qədər paxıllıq edən var: üzünüzə gülən, amma arxanızca danışanların bu həftə bağırları partlayacaq. Böyük uğura imza atacaqsınız və həyatınız dəyişəcək. Uğurlu günləriniz 22, 26 aprel, uğursuz gününüz isə 23 apreldir.

OĞLAQ bürcü


Bu həftə Oğlaq diqqət mərkəzində olacaq, hamı sizi izləyəcək: lider mövqe tutmaq və ətrafınızdakı hər şeyi idarə etmək üçün şansınız olacaq. Həftənin ortasında bütün həyatınızı dəyişəcək insanla tanış olacaqsınız: o, Buğa, Əqrəb və ya Balıq bürclərindən birinin nümayəndəsi olacaq. Başqa ölkədə oxumaq istəyənlər arzularına çatacaqlar: xaricdə təhsil alıb orada həyat qurmaq şansınız olacaq. Həftəsonu sağlamlığınıza ciddi fikir verin: özbaşına müalicə etməyin, əks halda siz özünüzə ziyan vuracaqsınız. Uğurlu günləriniz 25, 28 aprel, uğursuz gününüz isə 24 apreldir.

DOLÇA bürcü


Bu həftə planlarınız haqqında heç kimə deməyin: indi çox risk etmədən diqqətlə hərəkət etmək vaxtıdır. Qərar verərkən məntiqə deyil, daxili hisslərinizə qulaq asın və bağlı qapıları döyməyin. İndi münasibətlərdə yeni addım atmaq zamanıdır: evlilik təklifi etmək üçün yaxşı dövrdür. Həftənin ortasında sizi maraqlı səfərlər və yeni insanlarla görüşlər gözləyir: tanışlıq karyera sahəsində çox faydalı ola bilər. Həftənin sonunda ev problemlərinə qapılmayın, daha çox gəzintiyə çıxın, dostlarla görüşün və gözəl vaxt keçirin. Uğurlu günləriniz 26, 27 aprel, uğursuz gününüz 28 isə apreldir.

BALIQLAR bürcü


Həftə ciddi məsələlər üçün kifayət qədər əlverişli olacağını vəd edir: əgər siz daim vacib bir şeyi təxirə salırsınızsa, indi onu həyata keçirməyin vaxtıdır. Plan qurun və hərəkətə keçin. İşdə lazımsız emosiyalar olmadan öz nöqteyi-nəzərinizi müdafiə etməyə çalışın: münaqişələrə girməyin, əks halda uduzacaqsınız. Həftənin ikinci yarısında yollarda diqqətli olun, xəsarət, qəza və ya cərimə riski yüksəkdir. İş axtaranlar öz CV-lərini istədikləri yerlərə göndərə bilərlər: işə qəbul olunmamaq ehtimalınız yoxdur. Uğurlu günləriniz 24, 26 aprel, uğursuz gününüz isə 25 apreldir.

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər