top
Həftəlik bürclər 23 OKTYABR - 29 OKTYABR
22 oktyabr 2023, 10:00
- +

Həftəlik bürclər 23 OKTYABR - 29 OKTYABR

QOÇ bürcü


Bu həftə sizi uğurlu günlər gözləyir: ulduzların ən sevimli bürcü siz seçilmisiniz. Maaşın artması və ya pul mükafatı almaq şansı çox yüksəkdir. Həftənin əvvəlində həssas olacaqsınız və hər kəs sizi əsəbiləşdirəcək. Lakin həftənin ortasında hər şey dəyişəcək: aldığınız xoş xəbərlər sizi emosional böhrandan çıxaracaq. Subay Qoçlar sevgi axtarışına çıxmalıdırlar: bəyəndiyiniz biri varsa, onu qarmağa keçirin. Uğurlu günləriniz 25, 27 oktyabr, uğursuz gününüz isə 24 oktyabrdır.

BUĞA bürcü


Bu həftə Buğalar seçim arasında qalacaqlar: bu sevgi, iş seçimi və ya alış məsələsi ola bilər. Düzgün seçim etmək üçün vaxtınız az olacaq, lakin altıncı hissinizə güvənsəniz, seçiminizdə yanılmayacaqsınız. İşdə aktiv olun, yeni ideyalar təklif edin: müdiriyyət bunu qiymətləndirəcək və gələcəkdə karyeranızda irəliləməyinizə kömək edəcək. Həftənin sonunda subayların bəxti gətirəcək: Kupidon sizin üçün ən gözəl insanı seçib, ona sevgi oxunu atacaq. Uğurlu günləriniz 26, 28 oktyabr, uğursuz gününüz isə 25 oktyabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə Əkizlər bütün problemləri, qayğıları unudub sağlamlığına fikir verməlidir: artıq çəkidən qurtulmaq üçün ideal dövrdəsiniz. Həftənin əvvəlində lazımsız xərclərə və ya görüşlərə “yox” deyin, çünki maddi tərəfdən problemləriniz yarana bilər. Həftənin ortasında tək qalmaq daha yaxşıdır: çox səs-küylü yerlərə getməyin. Sevgilinizlə romantik anlar yaşayın: hədiyyə almaq, sürprizlər etmək aranızdakı münasibətinizi daha da möhkəmləndirəcək. Uğurlu günləriniz 26, 29 oktyabr, uğursuz gününüz isə 24 oktyabrdır.

XƏRÇƏNG bürcü


Bu həftə çox məsələdə “gözünüz açılacaq”: ikiüzlü insanlar, paxıllar, əsl dostlar və düşmənlər üzə çıxacaqlar. Buna səbəb isə həftəsonu sizin uğurlu xəbər almağınız olacaq. Öz sağlamlığınıza diqqət yetirməlisiniz: son vaxtlar ağır işlər görürsünüz, stresə düşürsünüz. Əgər canınız işdən vacibdirsə, bu həftə tətilə çıxın və ya ən azı əlavə iki gün istirahət götürün, gözəl dincəlin. Sevgi cəbhəsində inanılmaz hadisələr baş verəcək, hətta buna görə yaxşı mənada ağlınızı itirə bilərsiniz. Uğurlu günləriniz 24, 25 oktyabr, uğursuz gününüz isə 27 oktyabrdır.

ŞİR bürcü


Bu həftə Şir arzu etdiklərini həyatda gerçəkləşdirməlidir: özünüzə güvənin və alınacağına inanın. Sevgilinizlə kiçik münaqişələr ola bilər: buna qısqanclıq, soyuq davranış, diqqətsizlik zəmin yarada bilər. Neytrallıq, soyuqqanlılıq və özünənəzarət Şirə peşəkar sahədə çox yaxşı nəticələr əldə etməyə kömək edəcək. Subayların sevgi cəbhəsində inanılmaz hadisələr baş verəcək, hətta ağlınız başınızdan alına bilər. Uğurlu günləriniz 27, 28 oktyabr, uğursuz gününüz isə 24 oktyabrdır.

QIZ bürcü


Həftənin ilk yarısında diqqətinizi ev işlərinə yönəldin və özünüzə daha çox vaxt ayırın. Axşamları ya evdə, ya da çox yaxın dostların əhatəsində keçirməyə üstünlük verin. Həftəiçi çoxdandır gözlədiyiniz xəbəri alacaqsız: bu xoş xəbər sizin həyatınızı 180 dərəcə dəyişə bilər. Bank əməliyyatlarını həyata keçirmək, borca girmək məsləhət görülmür: səbr edin, maddi vəziyyətiniz yaxın zamanda yaxşıya doğru dəyişəcək. Uğurlu günləriniz 25, 27 oktyabr, uğursuz gününüz isə 26 oktyabrdır.

TƏRƏZİ bürcü


Bu həftə işiniz yağ kimi gedəcək: işlədiyiniz yerdə sizin şəkliniz şərəf lövhəsində olacaq. Çünki sizə tapşırılan işləri hamıdan gözəl yerinə yetirəcəksiniz və müdiriyyət sizdən məmnun qalacaq. Maddi cəhətdən problem olmayacaq, hətta kiçik artım gözlənilir. Həftənin sonuna yaxın planlaşdırdığınız hədəflərə doğru addım atmaq barədə qərar verin və hərəkətə başlayın. Ola bilər ki, şəxsi həyatınızda müsbət tərəfə doğru köklü dəyişikliklər baş verəcək. Uğurlu günləriniz 23, 25 oktyabr, uğursuz gününüz isə 28 oktyabrdır.

ƏQRƏB bürcü


Bu həftə tələsik qərarlar verməməyə çalışın: hər qərara və plana daha çox vaxt ayırın. Mümkündürsə, bu həftə istər işdə, istərsə də şəxsi həyatınızda heç bir mühüm qərar qəbul etməyin. Bu həftə bürcün çalışqan nümayəndələrini maddi mükafat gözləyir. Tənha Əqrəblər çılğın və atəşli bir həftə keçirəcəklər: yeni tanışlıqlar sizi darıxmağa qoymayacaq. Həftənin sonunda işsiz olanlar özlərinə yeni, gəlirli iş tapacaqlar. Uğurlu günləriniz 24, 26 oktyabr, uğursuz gününüz isə 23 oktyabrdır.

OXATAN bürcü


Oxatanlar soyuq münasibətlə üzləşə bilərlər: bunun qarşısını almaq üçün sevgilinizə daha çox diqqət yetirməlisiniz. Həftəsonu sizi sürpriz gözləyir, lakin bu sürprizə sevinməyən insanlar da olacaq: paxıllıq hissi onları boğacaq. Həftəsonu səs-küydən uzaq olmağa çalışın: stresdən azad olmasanız, sağlamlığınızda problemlər yarana bilər. Tənha olanlar münasibətə başlamağa və ya sevgi axtarışına çıxmağa tələsməsinlər: hələ ki subaylığın dadını çıxarın. Uğurlu günləriniz 23, 28 oktyabr, uğursuz gününüz isə 27 oktyabrdır.

OĞLAQ bürcü


Bu həftə sizi çoxlu xoş məqamlarla sevindirəcək. Bu ərəfələrdə bütün işləriniz çox asanlıqla alınacaq, ona görə də uzun müddətdir yeni bir şey öyrənməyi planlaşdırırsınızsa, buna başlamaq üçün ən yaxşı vaxtdır. Həftənin əvvəli işgüzar səfərlər və danışıqlar üçün çox əlverişli olacaq. Əgər imicinizi dəyişməyi planlaşdırırsınızsa, fikirlərinizi həyata keçirməkdən çəkinməyin. Bu həftə maliyyə tərəfdən də bolluq gözlənilir. Bürcün kişi nümayəndələrini sürpriz gözləyir: qarşınıza elə bir qız çıxacaq ki, sizin ürəyinizi və ağlınızı alacaq. Uğurlu günləriniz 24, 29 oktyabr, uğursuz gününüz isə 25 oktyabrdır.

DOLÇA bürcü


Bu həftə sizə tələlər quran, həyatınızda uğursuzluğun səbəbi olan biri ilə dava ola bilər: “Açın sandığı, tökün pambığı”, onun kim olduğunu hər kəsin içində göstərin. Bu həftə bəxt Dolçaların üzünə güləcək: bütün işlər uğurla sonlanacaq. Ən çox da işaxtaranlar sevinəcəklər: arzu etdiyiniz gəlirli iş tapa bilərsiz. İş yoldaşlarınız və müdiriyyətlə aranızda kiçik münaqişənin yaşanması ehtimalı var: bu, anlaşılmazlıq və ya sizin tənbəlliyinizin nəticəsi ola bilər. Uğurlu günləriniz 25, 26 oktyabr, uğursuz gününüz isə 29 oktyabrdır.

BALIQLAR bürcü


Bu həftə şəxsi həyatınızda gələcəyinizi kökündən dəyişə biləcək hadisələr gözlənilir. Sevgilinizlə münasibətlər daha da möhkəmlənəcək, xoşbəxt anlar yaşayacaqsınız. Sağlamlıq haqqında da unutmayın, indi çox həssassınız: depressiyaya düşmək ehtimalı var. Maliyyə məsələlərində diqqətli olun. Buna görə də böyük və ya plansız alış-verişlərdən imtina etmək daha yaxşı olar. İş tapmaq, CV yerləşdirmək, müsahibədən keçmək üçün uyğun günlərdir. Uğurlu günləriniz 26, 28 oktyabr, uğursuz gününüz isə 24 oktyabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Bu gün, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Bu gün, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Bu gün, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Bu gün, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Bu gün, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Bu gün, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Bu gün, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Bu gün, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Bu gün, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Bu gün, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
Dünən, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
Dünən, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
Dünən, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
Dünən, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
Dünən, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
Dünən, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
Dünən, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
Dünən, 13:49

Bülbülün doğum günüdür

Xəbər
Dünən, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
Dünən, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Oxşar xəbərlər