top
Həftəlik bürclər 29 MAY - 4 İYUN
28 may 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 29 MAY - 4 İYUN

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə əvvəlki kimi olmayacaq: gərginliyi, stresi və problemləri unudacaqsınız. Hər bir işiniz yağ kimi gedəcək, çünki uğur həftəiçi sizi taqib edəcək. Lakin həftəsonu təhlükəli günlər ola bilər: kiminsə hiyləsinin qurbanı olmaq, fırıldaqçıların toruna düşmək riski var. Münasibətdə olan Qoçlar adrenalin aclığı yaşaya bilərlər: sakit münasibət darıxdırıcı gələ bilər. Uğurlu günləriniz 31 may, 2 iyun uğursuz gününüz isə 29 maydır.

BUĞA bürcü


Buğalar bu həftə dincəlmək və həyatlarının növbəti mərhələsinə hazırlaşmaq fürsəti əldə edəcəklər. Bu bürcün nümayəndələri qayğı göstərən, sevgi dolu bir insanla qarşılaşacaqlar. Dostlarla pul üstündə dava baş verə bilər: ayağınızı yorğanınıza görə uzadın. İş yerində fors-major vəziyyət istisna edilmir, lakin onun gedişatına sizin müdaxiləniz tələb olunmayacaq. Həftəsonu gizli bir pərəstişkarınızla rastlaşacaqsınız: bəlkədə o, sizin gələcək həyat yoldaşınız olacaq. Uğurlu günləriniz 2, 4 iyun, uğursuz gününüz isə 31 maydır.

ƏKİZLƏR bürcü


Bu həftə Əkizlərin qarşısında yeni perspektivlər açılacaq: xaricdən xoş xəbər gözləyin. Lakin həmkarlarla münasibətləriniz korlana bilər: üzünüzə gülüb, arxanızca iş görən insanları tanıyacaqsınız və bəlkə onları görməmək üçün iş yerinizi dəyişməli olacaqsınız. Həftənin sonunda bəxt üzünüzə güləcək və hər şey yaxşılığa doğru dəyişəcək: pul axını gəldiyinə görə böyük pulqabı alın. Uğurlu günləriniz 1, 4 iyun, uğursuz gününüz isə 3 iyundur.

XƏRÇƏNG bürcü


Bu həftə intriqalarla yadda qalacaq. Tale sizə gözlənilməz bir hədiyyə verəcək. Keçmişdə həll etmədiyiniz məsələ yenidən aktual olacaq: ola bilsin, kiçik problemlər yaransın. Uzaq qohumlardan gələn şübhəli təklifləri qəbul etməyin: xeyir gəlməyəcək. Diqqətli olun: hansısa xəbis adam ayağınızın altını qazmağa çalışır. Bu insan daim sizin yanınızdadır: yaxın müddətdə maskalar çıxarılacaq. Uğurlu günləriniz 31 may, 3 iyun, uğursuz gününüz isə 2 iyundur.

ŞİR bürcü


Bu həftə həmbürcünüz sizin uğur böcəyiniz olacaq: əgər o insana qayğı, nəvaziş və sevgi göstərsəniz, bütün işləriniz yağ kimi gedəcək. Ümumiyyətlə, son günlər çox əsəbisiniz, bəlkə də məyussunuz, amma bu dövrdə artıq möcüzələrə inanmağa başlayacaqsınız. Sadəcə arzu tutun və o, mütləq gerçək olacaq. Subay Şir dəlisov insanla qarşılaşacaq: sakit, komfort həyata son deyin. Uğurlu günləriniz 30 may, 1 iyundur, uğursuz gününüz gözlənilmir.

QIZ bürcü


v

Həftə asan olmaya bilər: işlər başınızdan töküləcək, lakin sonda əziyyətin bəhrəsini görəcəksiniz. Heç kimə vədlər verməyin, çünki onları yerinə yetirmək çox çətin ola bilər. Həftəsonu dostlarınızla münasibətiniz korlana bilər: yalan danışmağı tərgitməlisiniz. Həftəsonunu istirahətə həsr edin: sevdiyiniz insanlar sizə enerji və güc bəxş edəcəklər. Uğurlu günləriniz 29, 31 may, uğursuz gününüz isə 2 iyundur.

TƏRƏZİ bürcü


Bu həftə sakit bir templə keçəcək, əlbəttə ki, siz özünüz özünüzə problem yaratmasanız. Dedi-qodu sizin başınızın bəlası olacaq: başqasının sirrini heç kimə verməyin. Həyat yoldaşınızdan kiçik sürpriz gözləyin və romantik ab-havaya hazır olun. Karyeranızda yüksəliş gözlənilə bilər: axır ki, sizin əziyyətinizə lazımi diqqət yetiriləcək. Uğurlu günləriniz 3, 4 iyun, uğursuz gününüz isə 1 iyundur.

ƏQRƏB bürcü


Bu həftə pul qazanmaq üçün imkanlar yarana bilər. Yeni layihələrə başlamaq üçün yaxşı vaxtdır: təşəbbüskarlıq və yaradıcı düşüncə sizə uğur qazandıracaq. Keçmiş sevgilinizlə və ya küsülü olduğunuz insanla münasibətiniz yenidən canlana bilər. Həftəsonu xaricə yollanmaq dəvəti və ya xoş xəbər ala bilərsiniz. Subay Əqrəb nağıllardakı kimi sevgi yaşaya bilər. Uğurlu günləriniz 1, 4 iyun, uğursuz gününüz isə 29 maydır.

OXATAN bürcü


Bu həftə şəxsi həyatınızda dəyişikliklər olacaq. Sizə elə gələcək ki, ikinci yarınız sizə qarşı soyuyub və ya sizi sevmir. Ancaq əksinə, hissləriniz sizi aldadacaq və həftənin sonunda sevgiliniz tərəfindən gözlənilməz sürprizlər olacaq. Subay qızlar, çöldə gəzərkən ehtiyatlı olun: qaçırıla bilərsiniz, çünki sizin gözəlliyiniz əks cinsin ağlını başından alacaq. Bu bürcün kişi nümayəndələri işdə uğur qazanacaq və bununla əks cinsin gözündə qalxacaqlar. Uğurlu günləriniz 2, 3 iyun, uğursuz gününüz isə 31 maydır.

OĞLAQ bürcü


Bu həftə cibiniz pulla dolu olacaq, lakin xərcləməyə yeriniz də az olmayacaq. Siz çox çalışqan birisiniz və buna görə də əziyyətinizin bəhrəsini tezliklə görəcəksiniz. Rəqibləriniz sizə böhtan atmağa çalışacaqlar: zəif yerinizi aşkar etməyə imkan verməyin, özünüzə inanın. Çoxdandır sizə quyu qazan həmkarınız var, onun gözü sizin nailiyyətlərinizi götürmür: Şir, Əqrəb və Balıqlar bürclərinin nümayəndələri olan iş yoldaşlarınızdan şübhələnin. Sevgiliniz sizə evlilik təklifi etmək istəyir, sadəcə lazımi vaxtı gözləyir. Çalışın, ona hazır olduğunuzu bildirin. Uğurlu günləriniz 1, 3 iyun, uğursuz gününüz isə 30 maydır.

DOLÇA bürcü


Bu həftə yeni dövr başlayacaq: müdiriyyət tərəfindən fərqləndiriləcəksiniz, karyera yüksəlişi ilə paxılların ürəyini partladacaqsınız. Əgər çoxdandır bəyəndiyiniz biri varsa, onu əldən buraxmayın, yoxsa sevgi qatarı gedər və bir də qayıtmaz. Qalmaqalın düz mərkəzində ola bilərsiniz, bu şəraiti isə sizi sevməyənlər yaradacaqlar. Maliyyə məsələləri qaydaya düşəcək: həftəsonu cibiniz pulla dolacaq. Lakin bütün xərclərinizi planlaşdırmağa və puldan səmərəli istifadə etməyə çalışın. Uğurlu günləriniz 29, 30 may, uğursuz gününüz isə 4 iyundur.

BALIQLAR bürcü


Son vaxtlar sevgidə bəxtiniz gətirmir, amma ola bilsin ki, günah sizdədir. Bəlkə sizi sevən yanınızdadır, ətrafınıza diqqətlə baxın. İşsiz olanların bu həftə bəxti açılacaq: gözəl təklif gələcək. Həftəsonu yığılıb qalmış maliyyə problemlərini həll etməli olacaqsınız və bir yaxın insan sizə kömək edəcək. Subaylar, qonaq gedəndə ətrafa diqqətlə baxın, bəlkə sizin gələcək ikinci yarınız orada olacaq. Bazar günü gözləmədiyiniz hadisələr baş verəcək: şoka düşə bilərsiniz. Uğurlu günləriniz 30, 31 may, uğursuz gününüz isə 2 iyundur.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
Bu gün, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
Bu gün, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
Bu gün, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
Bu gün, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
Bu gün, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
Bu gün, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
Bu gün, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
Bu gün, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Aktual Xəbərlər
Bu gün, 12:54

Abşeronda dava: usta ev sahibini bıçaqladı

Xəbər
Bu gün, 12:20

Azərbaycanda məktəblərdə "TikTok"a giriş qadağa edilib

Xəbər
Bu gün, 11:04

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs olunub

Xəbər
Bu gün, 10:04

Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvlərinin şikayəti təmin edilmədi

Xəbər
Bu gün, 09:22

Bakıda yaşayış binasında yanğın olub

Xəbər
Bu gün, 08:50

Bakıda bu yollarda sıxlıq var

Xəbər
Dünən, 17:05

Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq

Xəbər
Dünən, 16:20

Bakıda yeni mikrorayon salına bilər

Xəbər
Dünən, 15:55

General Zeynalovla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox…

Xəbər
Dünən, 14:44

Azərbaycanın yeganə "uçan xizəkçisi": "Qorxu yox olmur, sadəcə ona fərqli reaksiya verməyə başlayırsan"

Xəbər
Dünən, 13:55

Azərbaycan-Rusiya sərhədini qanunsuz keçmək istəyən Pakistan vətəndaşı tutuldu

Aktual Xəbərlər
Dünən, 12:28

Bəzi xarici vətəndaşlara uzunmüddətli yaşayış icazəsi veriləcək

Xəbər
Dünən, 12:01

Ərinin qətlini sifariş edən qadın barədə SON QƏRAR

Xəbər
Dünən, 11:17

Sakinlər bu avtobusların yenilənməsini tələb edir - VİDEO

Xəbər
Dünən, 10:55

Azərbaycanın axtarışa verdiyi 7 nəfərdən biri "Diriliş Ərtoğrul"un aktyorudur

Oxşar xəbərlər