top
General Zeynalovla kapitanın şabalıd davası bitdi - 10 ildən çox…
Bu gün, 15:55
- ↺ +

General Zeynalovla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalovun zərərçəkmiş kimi tanındığı "şabalıd cinayəti" ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Bu iş üzrə ittiham olunan şəxs də zabitdir. FHN-də işləmiş kapitan Ayaz Bayramov general Zeynalovla yaxın olub. Sonradan Ayaz və general şabalıd ticarətinə başlayıblar. Bakıda şabalıd bazarında monopoliya qurmaq istəyən general bu iş üçün milyonlarla pul xərcləyib. O, müxtəlif vaxtlarda "Lexus", "BMW" və "Chevrolet" markalı avtomobillərini də Ayazın adına keçirib ki, girov qoyub pul götürsün. 

Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakı bazarına şabalıd gətirib. Təxminən 2 ilə yaxın generalla kapitan bu alverdən yaxşı qazanc əldə ediblər. 

Lakin bu şabalıd ticarəti sonradan şabalıd cinayətinə çevrilib. Alver alınmayandan sonra Raul Zeynalov bütün günahı Ayazda görüb, ondan prokurorluğa şikayət edib. İttihama görə,  Ayaz generalın 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Sonradan FHN-in başqa iki zabitinin də şabalıd alverinə qoşulduğu və aldadıldığı ortaya çıxıb. 
Amma Bayramov özünü təqsirli bilməyib. O, istintaq təcridxanasından göndərdiyi məktubda və məhkəmədəki ifadəsində generalı yalan danışmaqda ittiham edib. Bayramovun sözlərinə görə, general bütün pulları ona faizlə verib və artığı ilə geri alıb. Kapitan, həmçinin məhz Zeynalovun sifarişi ilə həbs olunduğunu, digər zərərçəkmişlərə də onun yol göstərdiyini bildirib.

Məhkəmədə zərərçəkmiş general özü də iki dəfə dindirilib. Tərəflərin üzləşməsi qarşılıqlı ittihamlarla keçib.

Bir il davam edən məhkəmə artıq yekunlaşıb. Hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməyib, barışıq yoxdur.

Hökmə əsasən, Ayaz Bayramov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Raul Zeynalov 1982-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var. 

Mənbə: qafqazinfo.аz

Son xəbərlər

Xəbər
Bu gün, 16:20

Bakıda yeni mikrorayon salına bilər

Xəbər
Bu gün, 14:44

Azərbaycanın yeganə "uçan xizəkçisi": "Qorxu yox olmur, sadəcə ona fərqli reaksiya verməyə başlayırsan"

Xəbər
Bu gün, 13:55

Azərbaycan-Rusiya sərhədini qanunsuz keçmək istəyən Pakistan vətəndaşı tutuldu

Aktual Xəbərlər
Bu gün, 12:28

Bəzi xarici vətəndaşlara uzunmüddətli yaşayış icazəsi veriləcək

Xəbər
Bu gün, 12:01

Ərinin qətlini sifariş edən qadın barədə SON QƏRAR

Xəbər
Bu gün, 11:17

Sakinlər bu avtobusların yenilənməsini tələb edir - VİDEO

Xəbər
Bu gün, 10:55

Azərbaycanın axtarışa verdiyi 7 nəfərdən biri "Diriliş Ərtoğrul"un aktyorudur

Xəbər
Bu gün, 09:59

Böyük sənətkar Şövkət Ələkbərovanın doğum günüdür

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Oxşar xəbərlər