top
Həftəlik bürclər 29 İYUL - 4 AVQUST
28 iyul 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 29 İYUL - 4 AVQUST

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə liderlik xüsusiyyətləri olan bu bürcün nümayəndələri kütlənin başına keçərək, onları uğura doğru aparacaqlar. İş axtaranlar da istədikləri peşə ilə məşğul olacaqlar. Ağlınız, kamalınız hamını heyran edəcək və bu, sizə karyera yüksəlişində kömək edəcək. Özünüzü heç kimə oxşatmayın, unutmayın ki, siz unikalsınız və buna görə sevilirsiniz. Maddi durumunuz az da olsa, yaxşılaşacaq, necə deyərlər, “dama-dama göl olar”. Uğurlu günləriniz 29, 31 iyul, uğursuz gününüz 30 iyuldur.

BUĞA bürcü


Buğanın bu həftə əl atacağı hər iş uğurla sonlanacaq. Qərarsızlıq, özünə inamsızlıq, şübhə və tərəddüd səbəbindən perspektivli imkanları və ya şansları itirə bilərsiniz. Dostunuzdan və ya sevgilinizdən sürpriz gözləyin: bu, hətta evlilik təklifi ola bilər. Ümumiyyətlə, bu ərəfələrdə bütün sürprizlərə açıq olmalısınız; baş verəcək hadisələrdən bəziləri həyatınızı 180 dərəcə dəyişə bilər. Bəzən çox soyuq olursunuz, nəticədə insanlar sizdən uzaqlaşır. Odur ki, sizi sevən, dəyər verən insanlara daha çox vaxt ayırmağa çalışın. Uğurlu günləriniz 31 iyul, 2 avqust, uğursuz gününüz 4 avqustdur.

ƏKİZLƏR bürcü


Bu həftə ulduzlar Əkizlər bürcünə, xüsusilə də ailəlilərə xoşbəxtlik hədiyyə edəcək. Bu, həm maddi yüksəliş, həm də övlad müjdəsi ola bilər. Həftəiçi böyük planların gerçəkləşəcəyi gözlənilir: bu, sizin həyatınızı 180 dərəcə dəyişəcək. İş yoldaşlarınızla aranızda anlaşılmazlıq baş verə bilər, hətta buna görə sizə tələ qurub işdən çıxara da bilərlər. Ümumiyyətlə, bu günlərdə heç kimlə konfliktə girməyin, nifrət etdiyiniz insanın belə üzünə gülün. Uğurlu günləriniz 1, 2 avqust, uğursuz gününüz 3 avqustdur.

XƏRÇƏNG bürcü


Xərçənglər bu həftə dəyişkən əhvali-ruhiyyədə olacaqlar. Səhər güc və ilhamla dolu olacaqsınız, amma axşam enerjiniz tükənəcək, yatmaqdan başqa heç nə istəməyəcəksiniz. Kefiniz yoxdursa, vacib məsələləri bir kənara qoyun, ağır işlərdən uzaq dayanın və yuxunuza diqqət yetirin, əks-halda depressiyaya düşə bilərsiniz. Bu həftə çalışın vacib olan işləri təxirə salın. Həftənin sonunda həyatınız normaya düşəcək və ulduzlar, sınaqdan uğurla keçdiyiniz üçün sizə mühüm bir hədiyyə verəcək. Uğurlu günləriniz 3, 4 avqust, uğursuz gününüz 30 iyuldur.

ŞİR bürcü


Bu dövrdə daha çox vaxtınızı evdə, ailə üzvlərinizin yanında keçirin, sizi uzun müddət narahat edən mühüm məsələləri onlarla müzakirə edin. Həyatınızın müəllifi olun, taleyin necə davam edəcəyini siz müəyyən edin. Həyat fəaliyyətinizi işə salan kimi həyatınız yeni rənglərlə boyanacaq. Həftənin ortasında cibiniz pulla dolu olacaq, lakin həftəsonu sizi böyük xərclər gözləyir, amma bu xərcləri gələcəkdə daha çox pul qazanmağınıza yönləndirin. Sevgilinizlə səyahətə getmək fikrini də nəzərdən keçirin. Uğurlu günləriniz 1, 3 avqust, uğursuz gününüz 31 iyuldur.

QIZ bürcü


Subay Qızların subaylıq daşını atmaq üçün əla fürsəti olacaq. Bu həftə quracağınız tanışlıqlar gələcəkdə ciddi münasibətə çevriləcək. Səbirsiz olduğunuz üçün həyatda çox şey əldə edə bilmirsiniz; buraxın həyat öz axını ilə getsin, unutmayın ki, tələsən təndirə düşər. Çərşənbə və cümə axşamı yeni iş axtarmaq və müqavilələr bağlamaq üçün əlverişli günlərdir. Həftəsonu dostlarla səmimi söhbətlər edin, sizi narahat edən məsələləri birgə müzakirə edin: onlar öz köməklərini əsirgəməyəcəklər. Uğurlu günləriniz 31 iyul, 2 avqust, uğursuz gününüz 1 avqustdur.

TƏRƏZİ bürcü


Bu həftə sizin üçün müsbət hadisələrlə dolu olacaq. Əsas da işsiz insanlar üçün əlverişli həftə gözlənilir; istədiyiniz işə qəbul olmaq istəyirsinizsə, sadəcə, özünüzə güvənin, müsahibədə rahat olun və biliklərinizi göstərin. İşi olanlar isə əksinə, bu həftə rahatlaşmayın, münaqişələrdən uzaq olun və daha da yaxşı çalışın. Əks-halda yeni iş axtarmalı olacaqsınız. Tanımadığınız insanlarla çox da səmimi olmayın, şəxsi həyatınız haqda artıq məlumat verməyin, gələcəkdə bu məlumatlardan sizə qarşı istifadə edə bilərlər. Uğurlu günləriniz 2, 4 avqust, uğursuz gününüz 29 iyuldur.

ƏQRƏB bürcü


Bu həftə gələcək planlarınızı heç kimə deməyin: bu, mənfi nəticələrə səbəb ola bilər. Bu ərəfələrdə siz külli miqdarda pul əldə edə bilərsiniz, amma hər şeyi bir anda xərcləməyin, hər bir alış-verişdən əvvəl yaxşı düşünün, bədxərc olmayın. Bu həftə siz uzaq səfərlərdən çəkinməlisiniz, lakin şəhər ətrafında istirahət etmək sizin üçün çox faydalı olacaq. Həftəsonu paxıl insanlar ətrafınıza doluşacaq, sizə yaxınlıq etməyə çalışacaq, dedi-qodu edəcəklər. Lakin kimin dost, kimin düşmən olduğunu yaxın gələcəkdə öyrənəcəksiniz. Uğurlu günləriniz 1, 4 avqust, uğursuz gününüz 29 iyuldur.

OXATAN bürcü


Evdə oturub: “İş yoxdur, pulum yoxdur”, - deyincə özünüzə sual verin: “İstədiyim işi əldə etmək üçün mən nə etdim?” və bir şeyi unutmayın ki, insan hərəkət etdikcə, Allah onun ruzusunu verər. İş yerində Oxatanları yüksəliş və ya pul mükafatı gözləyir: müdiriyyət sizdən çox razı qalacaq. Bürcün tənha nümayəndələri bu həftə öz yarını tapa bilərlər, əgər fərasətli olsalar. Hər hansı bir maliyyə əməliyyatından imtina edin: böyük itkilər verə və ya vicdansız həmkarlar tərəfindən aldadıla bilərsiniz. Uğurlu günləriniz 2, 3 avqust, uğursuz gününüz 30 iyuldur.

OĞLAQ bürcü


Oğlaqlarda son vaxtlar özünəgüvən azalıb: amma əslində siz daha güclüsünüz və bu həftə bunu hər kəsə sübut edəcəksiniz. Uğurlu layihələrinizlə, gördüyünüz işlərinizlə həmkarları və rəhbərliyi mat qoyacaqsınız. Lakin işlərin çoxluğuna baxmayaraq, ailənizə də vaxt ayırmağa çalışın; onların sizin diqqətinizə, qayğınıza ehtiyacı var. Gözləmədiyiniz yerdən sizə uğurlu iş təklifi gələcək; bu fürsəti əsla əldən buraxmayın, yoxsa sonra “Əli aşından da olarsınız, Vəli aşından da”. Uğurlu günləriniz 31 iyul, 1 avqust, uğursuz gününüz 3 avqustdur.

DOLÇA bürcü


Bu həftə yeni dövr başlayacaq: müdiriyyət tərəfindən fərqləndiriləcəksiniz, karyera yüksəlişi ilə paxılların ürəyini partladacaqsınız. Çoxdandır bəyəndiyiniz biri varsa, onu əldən buraxmayın, yoxsa sevgi qatarı gedər və bir də qayıtmaz. Qalmaqalın düz mərkəzində ola bilərsiniz, bu şəraiti isə paxıllar yaradacaqlar. Amma siz onlardan üstünsünüz, sadəcə gülümsəyin və həyatınıza davam edin. Həftəsonu istirahət üçün gözəl vaxtdır, planlarınızı təxirə salmayın, əylənmənin dadını mütləq çıxarın. Uğurlu günləriniz 1, 4 avqust, uğursuz gününüz 3 avqustdur.

BALIQLAR bürcü


Bu həftə maraqlı və sürprizlərlə dolu günlər gözlənilir. Ən böyük sürpriz isə sevgi cəbhəsində baş verəcək: sizi xoşbəxt edəcək biri gözlənilmədən həyatınıza daxil olacaq və sizə ömürlük yoldaş olacaq. Qarşınıza Oğlaq, Buğa və ya Dolça çıxıbsa, düşünmədən həmin şəxslə münasibətə başlayın, çünki ən ideal cütlük siz olacaqsınız. Həftəsonu çoxdan görmədiyiniz bir insanla qarşılaşacaqsınız: bu görüş həyatınızı 180 dərəcə dəyişəcək. Uğurlu günləriniz 2, 3 avqust, uğursuz gününüz 31 iyuldur.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
16 oktyabr 2026, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
16 oktyabr 2026, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
16 oktyabr 2026, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
16 oktyabr 2026, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Oxşar xəbərlər