top
Həftəlik bürclər 30 OKTYABR - 5 NOYABR
29 oktyabr 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 30 OKTYABR - 5 NOYABR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Həftənin əvvəlində Qoçun başı üzərindən qara buludlar keçəcək: işiniz düz getməyəcək. Cümə axşamına kimi vacib işlərinizi təxirə salın, yoxsa uçuruma gedəcəksiniz. Lakin cümə gününü gözəl bir xəbərlə açacaqsınız. Vaxtınızı düzgün planlaşdırın, lazımsız insanlarla görüşməyin: “5 günlük dünyadır”, onun 1 gününü o insanlara ayırmağa dəyərmi? Çoxlu pul qazanmağın yolunu tapmalısınız: dostlarınızla yığışıb ideyalar üzərində fikirləşin. Uğurlu günləriniz 3, 5 noyabr, uğursuz gününüz isə 30 oktyabrdır.

BUĞA bürcü


Bu həftə Buğanın qarşısına falçı çıxacaq və onun həyatını oxuyacaq. İnanıb-inanmamaq sizin seçiminizdir, necə deyərlər “fala inanma, amma faldan da qalma”. Bu həftə uzaq yerlərdən qohumlar gələcəklər, planlaşdırdığınız işlər yarımçıq qalacaq. Lakin narahat olmayın: xoş insanlarla ünsiyyət könlünüzü oxşayacaq. Evli olanlar romantik anlar yaşayacaqlar, səfərə çıxacaqlar, hədiyyələrin içində üzəcəklər. Subaylar isə çoxdandır gözlədikləri yarını tapacaqlar. Münasibətə başlamağın, ilk addımı atıb etiraf etməyin əsl vaxtıdır: bu şans bir də düşməyə bilər. Uğurlu günləriniz 1, 3 noyabr, uğursuz gününüz isə 5 noyabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə ulduzlar sizi daha çox sevir: onlar sevgiyə aid nə varsa, sizə bəxş edəcək. Maddi durumda azca problem ola bilər, lakin bu itkini heç hiss etməyəcəksiniz, çünki pullar özünüzə və sevdiyiniz insanlara xərclənəcək. Şəxsi həyatınızda xoş hadisələr baş verəcək: uşaq arzusunda olanlar sevinəcəklər. İş naminə özünüzü qurban verməyin, indi özünüzə daha çox vaxt ayırmalısınız, çoxlu istirahət etməlisiniz. Ev almaq və ya satmaq fikriniz varsa, mütləq bunu bu dövrdə reallaşdırın, uduzmazsınız. Həftəsonu səyahətə çıxmaq ehtimalı çoxdur. Uğurlu günləriniz 31 oktyabr, 4 noyabr, uğursuz gününüz isə 2 noyabrdır.

XƏRÇƏNG bürcü


Bu həftə Xərçəng pul qazanmaq üçün yeni üsul tapacaq və bununla da onun maddi durumu xeyli yaxşılaşacaq. Lakin insan təkcə pulla xoşbəxt ola bilməz: ulduzlar onun qarşısına mələk kimi bir insanı çıxaracaq. O insanın ayağı sizə düşərli olacaq və onunla dünyanı fəth edəcəksiniz. Böyük alış-veriş etmək üçün əsl vaxtdır: qorxmayın, xərclədiyinizin 10 qatı sizə qayıdacaq. Biznes qurmaq fikrində olanlar arzularını reallaşdıracaqlar: sizdən hərəkət, Allahdan bərəkət. Həftəiçi zəhləniz getdiyi insanla qarşılaşacaqsınız: o, üzünüzə gülüb, yenə arxanızca işlər görəcək. Uğurlu günləriniz 30 oktyabr, 5 noyabr, uğursuz gününüz isə 31 oktyabrdır.

ŞİR bürcü


Bu bürcün nümayəndələri macərasız yaşaya bilmirlər: Şir həftənin əvvəlində küçədə dava edəcək, işdə hamını mat qoyacaq, sonda isə şəkli bütün xəbər başlıqlarına düşəcək. Maddi durumunuzda artım olacaq: gəzərkən ayağınızın altına baxın, bəlkə böyük məbləğdə pul tapdınız. İşdəki bütün təşəbbüsləriniz müvəffəqiyyətli olacaq və karyeranızda əhəmiyyətli dərəcədə irəliləyiş olacaq. İşdə sizdən xoşu gələn biri var, lakin siz onu görmürsünüz: bəlkə də ona dost kimi baxırsınız, amma o, sizdən ötrü dəli-divanədir. Bu yaxında o, sizə ürəyini açacaq: onun hisslərinə cavab versəniz, peşman olmayacaqsınız. Uğurlu günləriniz 30, 31 oktyabr, uğursuz gününüz isə 4 noyabrdır.

QIZ bürcü


Qızın yolundan qara pişik keçəcək, lakin pis başlayan həftənin sonu gözəl olacaq. Əsas problemlər iş yerində olacaq: ola bilsin, həmkarlarınızla sözünüz çəp düşsün. Sizi “vurmaq” istəyəcəklər, ayaqlarınızın altını qazacaqlar. Nəticədə onlarda heç nə alınmayacaq, amma siz onların əsl üzünü görəcəksiniz. Həftəiçi maddi durumunuzu artırmaq üçün şans olacaq, lakin məsləhətsiz heç bir təklifə razılaşmayın. Həftəsonu bu bürcün subay nümayəndələri dəlisov bir insanla rastlaşacaqlar: onunla münasibətə girmək fikriniz olsa, həyatınız darıxdırıcı keçməyəcək. Uğurlu günləriniz 30 oktyabr, 5 noyabr, uğursuz gününüz isə 31 oktyabrdır.

TƏRƏZİ bürcü


Ulduzlar həftəiçi sizə çoxlu yeni və qeyri-adi sürprizlər hazırlayıb. Dəyişikliklər, xüsusilə maliyyə vəziyyətinizə təsir edəcək: büdcəniz əhəmiyyətli dərəcədə artacaq. Çöldə gəzərkən yerdən pul tapsanız və ya lotereyada cekpot “qoparsanız”, təəccüblənməyin: şanslı günlər başlayıb və bitmək bilməyəcək. İl boyunca çox əziyyət çəkmisiniz və buna görə ulduzlar sizə hədiyyələr bəxş edəcək. Əgər siz hazırda yeni iş axtarırsınızsa, o zaman bu həftə bu məsələdə əhəmiyyətli irəliləyişlər görəcəksiniz. Uğurlu günləriniz 31 oktyabr, 1 noyabr, uğursuz gününüz isə 3 noyabrdır.

ƏQRƏB bürcü


Bu həftə yığıncaqlara, şənliklərə qoşulmaq məsləhət görülmür. Daha sakit yerlərə üz tutun: əks halda əsəb, yorğunluq, səs-küy sizi depressiyaya sala bilər. Əgər əvvəllər sizə perspektivsiz görünən layihələriniz varsa, bu həftə hər şey dəyişəcək. Həmçinin bu həftə tətil planlaşdırmaq üçün çox əlverişli günlər olacaq. Avtomobil sahibləri yollarda çox diqqətli olmalıdırlar. Lazım gələrsə, avtomobilinizi əlavə olaraq yoxlamadan keçirin. Uğurlu günləriniz 4, 5 noyabr, uğursuz gününüz isə 1 noyabrdır.

OXATAN bürcü


Bu həftə evli və münasibətdə olan Oxatanlar il boyunca görmədikləri günlər görəcəklər: sizi aşırı diqqət, hədiyyələr və möhtəşəm sürprizlər gözləyir. Sevinc dolu günlərə hazırlaşın: çətin zamanlar mütləq geridə qalacaq. Binaların yanından keçərkən ehtiyatlı olun: bir də gördünüz, başınıza dollarlarla dolu çanta düşdü. Əgər iş axtarırsınızsa, bu həftə CV göndərmək və müsahibələrə getmək üçün çox əlverişlidir. Bürcün subay nümayəndələrinin öz yarını tapmaq şansı yüksələcək: bu, köhnə dostlar və tanışlarla görüş zamanı baş verə bilər. Uğurlu günləriniz 1, 5 noyabr, uğursuz gününüz isə 2 noyabrdır.

OĞLAQ bürcü


Oğlaqın ağlına, davranışına və kreativliyinə çox insan həm qibtə, həm də paxıllıq edir. Bu həftə isə daha çox pərəstişkar qazanacaqsınız. Bu həftə çox çalışacaqsınız və belə gərgin işin nəticəsi özünü çox gözlətməyəcək: maaşınız artacaq və ya maddi vəziyyətiniz yaxşılaşacaq. Eyni zamanda bu həftə borc almaqdan və ya verməkdən çəkinin, çünki bu, gələcəkdə yaxınlarınızla münasibətləri korlaya bilər. Bazar günü sevgiliniz sizə romantik anlar yaşada və ya sürpriz edə bilər. Uğurlu günləriniz 31 oktyabr, 5 noyabr, uğursuz gününüz isə 2 noyabrdır.

DOLÇA bürcü


Bu həftə liderlik xüsusiyyətləri olan bu bürcün nümayəndələri kütlənin başına keçərək onu uğura doğru aparacaqlar. Bütün uğursuz günləriniz geridə qaldı, hal-hazırda yalnız istirahət edin və həyatın dadını çıxarın. Həftəsonu özünüzü qoruyun: xəstələnmək, hətta infeksiyaya yoluxmaq ehtimalı yüksəkdir. Mümkündürsə, uzun bir səyahətə çıxın, ya da şəhərdən kənar bir yerdə özünüzə kiçik piknik edin, dostlarınızı dəvət edin və istirahətinizi yaddaqalan edin. Uğurlu günləriniz 30 oktyabr, 5 noyabr, uğursuz gününüz isə 3 noyabrdır.

BALIQLAR bürcü


Bu həftə çox çətin keçəcək, lakin hər şeyin öhdəsindən gəlmək üçün kifayət qədər gücünüz olacaq. Həftənin ortasında sevdiyiniz insandan böyük bir hədiyyə alacaqsınız. Bu hədiyyəni kim görsə, paxıllıqdan ürəyi partlayacaq. Lakin həftəiçi bu hədiyyəni qazanmaq üçün onun qılığına girməli və ürəyini almalısınız. Həftəiçi maddi durumunuz xeyli yüksələ bilər: ya işinizdə mükafat alacaqsınız, ya da sizdən çoxdandır borc götürən şəxs pulunuzu geri qaytaracaq. Uğurlu günləriniz 1, 5 noyabr, uğursuz gününüz isə 4 noyabrdır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər