top
Həftəlik bürclər 30 YANVAR - 5 FEVRAL
29 yanvar 2023, 10:00
- +

Həftəlik bürclər 30 YANVAR - 5 FEVRAL

QOÇ bürcü


Həftənin əvvəli bəzi cəsarətli ideyaların həyata keçirilməsi üçün mükəmməl vaxtdır. Başqaları sizin ideyanızın reallığına inanmaya bilərlər - əsas odur ki, siz özünüz uğur qazanacağınıza inanın. Buna görə də mütləq intuisiyanıza güvənin, o, sizə səhv yol göstərməyəcək. Həyatınızda biri var ki, sizdən ötrü dəli-divanədir, lakin sizin soyuqluğunuz onu daha da dəli edir. O insana bir şans verin. Uğurlu günləriniz 4, 5 fevral, uğursuz gününüz isə 30 yanvardır.

BUĞA bürcü


Bu həftə Buğa fantaziya və xəyallar dünyasına qərq olacaq. Bu, onun yeni münasibətə başlaması, ən ideal insanı tapması və ya gəlirli işə düzəlməsi səbəbindən ola bilər. Həftənin ikinci yarısında evlilik təklifi ala bilərsiniz: bu təklif, hətta sizin dostunuzdan gələ bilər. İllərdir sizi sevən, lakin cəsarət göstərib sizə öz hissləri haqda deyə bilməyən o insana mütləq “hə” deyin - onunla xoşbəxt olub bir yastıqda qarıyacaqsınız. Qohumlardan maddi hədiyyə gözləyin. Uğurlu günləriniz 31 yanvar, 2 fevral uğursuz gününüz isə 3 fevraldır.

ƏKİZLƏR bürcü


Bu həftə Əkizlər Məcnun olub səhralara düşəcəklər: qarşılıqsız sevgi ilə üzləşən bu bürc nümayəndələri sonda sevgilisi ilə qovuşacaqlar. Tez-tez xəyallara dalan Əkizlər reallıqla barışmalıdır: həyatınızı dəyişmək üçün ağlınız da var, imkanlarınız da. Yeni işə sahib olmaq üçün şansınız olacaq, bu fürsəti qaçırmayın. Həftəsonu qalmaqala düşə bilərsiniz, odur ki, çalışın, artıq-əskik danışmayın, heç kimin də quyruğunu tapdalamayın. Uğurlu günləriniz 3, 4 fevral, uğursuz gününüz isə 31 yanvardır.

XƏRÇƏNG bürcü


Bu həftə uğur qazanmaq üçün Xərçəng bütün peşəkar bacarıqlarını göstərməlidir. Həftənin sonuna qədər qarışıqlıq və narahatlıq sizi müşayiət edəcək. Amma bunun Xərşəng üçün xoşagəlməz və ya pis nəticələnəcəyini demək olmaz. Bütün bunlar sizin həftəiçi hamıdan çox işləməyinizin nəticəsi olacaq, lakin hər şey yaxşı sonlanacaq və maddi vəziyyətiniz yaxşılaşacaq. Çox güman ki, işdə yeniliklər baş verəcək: müdiriyyət tərəfindən sizə yeni tapşırıq və ya proyekt həvalə edilə bilər. Uğurlu günləriniz 1, 5 fevral , uğursuz gününüz isə 3 fevraldır.

ŞİR bürcü


Bu həftə işlər istədiyinizdən daha çətin alına bilər, lakin israrlı olmalısınız: yolda maneələr yaransa belə, geri çəkilməyin, ilk uğursuzluqdan sonra təslim olmayın. Bu dövr çox qarma-qarışıq olacaq, hadisələr gözlənilməz şəkildə cərəyan edəcək. Səbirli olub hər bir işi planlı şəkildə qurmaq məsləhət görülür, o zaman problemlərdən uzaq duracaqsınız. Bürcün tənha nümayəndələri artıq münasibətə başlamaq fikrinə gəlməlidirlər və bu həftə bunun üçün çox uğurlu zamandır. Uğurlu günləriniz 31 yanvar, 4 fevral, uğursuz gününüz isə 1 fevraldır.

QIZ bürcü


Həyatınızda hisslərinizlə oynayan biri var, siz ona bütün sevginizi bəxş edirsiniz, o isə bundan istifadə edir. Həftəsonu bu insanı ifşa edəcəksiniz, çünki onun yalanları üzə çıxacaq. Lakin kədərlənməyin, onu unutduracaq biri həyatınıza daxil olacaq - əsl sizə layiq bir insan. Həftəsonu böyük qalmaqalla üzləşəcəksiniz və özünüz də istəmədən orada iştirak edəcəksiniz. Çalışın, diqqətli olun, yoxsa diliniz başınıza bəla ola bilər. Uğurlu günləriniz 30, 31 yanvar, uğursuz gününüz isə 4 fevraldır.

TƏRƏZİ bürcü


Tərəzinin bu həftə əlini atacağı hər bir iş uğurla sonlanacaq. Qərarsızlıq, inamsızlıq, şübhə və tərəddüd səbəbindən perspektivli imkanları və ya şansları itirə bilərsiniz. Rəqiblərinizə zəif yerinizi aşkar etməyə imkan verməyin, özünüzə inanın. Əhəmiyyətli və sevincli xəbərlər, uğurlu işgüzar səfərlər, hədiyyələrlə dolu günlər olacaq. Lakin uğurlarınız və pozitivliyiniz bir çoxlarını qıcıqlandıracaq, hələ çox “içi qurdlu” insanlar tanıyacaqsınız. Sevgiliniz yoxdursa, kədərlənməyin, çünki bu yaxında ulduzlar sizin qarşınıza layiqli birini çıxaracaq. Uğurlu günləriniz 1, 4 fevral, uğursuz gününüz isə 30 yanvardır.

ƏQRƏB bürcü


Pulunuzu düzgün yerə yönəldin: balışın altında saxlamaq əvəzinə kiçik biznes qurmaqla və ya investisiya etməklə daha çox pul qazana bilərsiniz. Maddi tərəfdən artım gözlənilir: bu ay ərzində çalışqan olduğunuz müdiriyyət tərəfindən dəyərləndiriləcək və maaşınıza bonuslar əlavə olunacaq. Həftəsonu ailə tərəfindən təzyiqə məruz qalacaqsınız, çünki sizin fikriniz onların fikirləri ilə bir olmayacaq. Hətta bu səbəbdən kiçik münaqişələr baş verə bilər, ona görə də çalışın, səbirli olun. Uğurlu günləriniz 4, 5 fevral, uğursuz gününüz isə 31 yanvardır.

OXATAN bürcü


Oxatan özünə nəzarəti itirmək, idarəolunmaz duyğulara düşmək riski ilə üz-üzə qala bilər. “Əyləc pedalına basmaq” lazım olduğu yerdə Oxatan “qaza basmağa” başlayacaq. Bunun nəyə gətirəciyini təxmin etmək qeyri-mümkündür, odur ki, soyuq başla hərəkət etməyə çalışın. Bürcün işsiz olan nümayəndələri evdə oturub heç kimdən kömək gözləməməlidirlər. Ağıllısınız, kreativsiniz, amma beyninizi 100% işlətmək istəmirsiniz. Həftəsonu cibiniz pulla dolu olacaq: bu, qohumunuz tərəfindən sizə maddi kömək və ya hədiyyə ola bilər. Uğurlu günləriniz 2, 3 fevral, uğursuz gününüz isə 5 fevraldır.

OĞLAQ bürcü


Bu həftə üzərinizə olduqca böyük məsuliyyət düşəcək. Bu iş, ailə və ya digər məsələlərə aid ola bilər. Ancaq hər şey sizin ixtiyarınızda olacaq, çünki bu həftə istənilən təşəbbüslər üçün çox əlverişlidir. Hər kəsin sözünə inanmayın və heç kəsin arxasınca danışmayın, yoxsa xoşagəlməz bir intriqanın mərkəzinə düşərsiniz. İş yerində emosiyalarınızı idarə edin, sizi əsəbiləşdirən həmkarlara fikir verməyin. Əvvəlcə sakitləşməyə çalışın və yalnız bundan sonra hər hansı bir qərar verin. Uğurlu günləriniz 30 yanvar, 1 fevral , uğursuz gününüz isə 3 fevraldır.

DOLÇA bürcü


Bu ərəfələrdə “haradan pul tapım”, “necə dolanım” kimi dərdiniz olmayacaq, əksinə, pulu haraya və necə xərcləməyinizi dərd edəcəksiniz. Bu aralar sevgi kitabını açmayın, əks halda uğursuz münasibət qəlbinizi sındıra bilər. “Subaylıq sultanlıqdır” deyib yaşayın, vaxtı gələndə o daşı da atacaqsınız. İş yerinizdə aqressiv olmayın, hisslərinizi cilovlayın, yoxsa başqalarının gözündə siz qəddar bir insan kimi görünəcəksiniz. Uğurlu günləriniz 1, 2 fevral, uğursuz gününüz isə 5 fevraldır.

BALIQLAR bürcü


Bu həftə çox diqqətli olmalı və sizə deyilən hər şeyi süzgəcdən keçirməlisiniz: qeybət və müxtəlif fərziyyələrdən ibarət əsl sunami gəlir. Hər kəsin sözünə inanmayın və heç kəsin arxasınca danışmayın, yoxsa vaxtınız münasibətləri aydınlaşdırmağa gedəcək. Sevgililəri olan Balıqlar, yarınızı qısqandırmaqdan əl çəkin, yoxsa münasibətlər soyuqluğa doğru gedəcək. Uğurlu günləriniz 30 yanvar, 4 fevral, uğursuz gününüz isə 31 yanvardır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Bu gün, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Bu gün, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Bu gün, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Bu gün, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Bu gün, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Bu gün, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Bu gün, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Bu gün, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Bu gün, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Bu gün, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
Dünən, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
Dünən, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
Dünən, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
Dünən, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
Dünən, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
Dünən, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
Dünən, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
Dünən, 13:49

Bülbülün doğum günüdür

Xəbər
Dünən, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
Dünən, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Oxşar xəbərlər