top
Həftəlik bürclər 4 DEKABR - 10 DEKABR
03 dekabr 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 4 DEKABR - 10 DEKABR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə maraqlı və sürprizlərlə dolu günlər gözlənilir. Ən böyük sürpriz isə sevgi cəbhəsində baş verəcək: sizi xoşbəxt edəcək biri gözlənilmədən həyatınıza daxil olacaq və ömürlük yoldaşınız olacaq. Həftəiçi sizi şoka salacaq xəbər alacaqsınız, həmin xəbəri isə sizə ən yaxın dostunuz deyəcək. Əgər iş axtarırsınızsa, bu həftə CV göndərmək və müsahibələrə getmək üçün çox əlverişlidir. Uğurlu günləriniz 7, 10 dekabr, uğursuz gününüz isə 5 dekabrdır.

BUĞA bürcü


Bu həftə Buğalar virtual həyata son qoymalıdırlar: insanların arasında çox olun, inanın ki, bəxtiniz açılacaq. Həftənin əvvəlində bəy balası kimi yaşayacaqsınız: maddi durumunuz xeyli yaxşılaşacaq. Bu həftə çalışın, səs-küylü yerlərdən uzaq durun; stres yaşaya bilərsiniz, bu isə sağlamlığınıza mənfi təsir göstərə bilər. Buğalar sevgili seçimində diqqətli olmalıdırlar: ciddi münasibətlərə başlamazdan əvvəl o insanı yoxlayın, bəlkə mələk maskasının altında şeytan gizlənir. Uğurlu günləriniz 4, 5 dekabr, uğursuz gününüz isə 8 dekabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə yığıncaqlara, şənliklərə qoşulmaq məsləhət görülmür, daha çox sakit yerlərə üz tutun. Əks halda əsəb, yorğunluq, səs-küy sizi depressiyaya sala bilər. Həmçinin şənbə və bazar günləri uzun səfərlərdən qaçın, çünki gözlənilməz hallar, hətta qəzalar mümkündür. Çoxdandır qurduğunuz planların həyata keçməsində gecikmələr ola bilər, lakin əsas odur ki, sonda məqsədinizə çatacaqsınız. Münasibətdə olanlar evlənmək təklifi ala bilərlər. Uğurlu günləriniz 6, 9 dekabr, uğursuz gününüz isə 10 dekabrdır.

XƏRÇƏNG bürcü


Bu həftə eviniz qonaqlarla dolacaq: bu, xeyir işlə əlaqəli ola bilər və ya siz birdən varlanacaqsınız və çoxdandır sizi axtarmayan qohumlar başınıza dolanacaqlar. Ümumiyyətlə, bu ərəfələr çox bərəkətli olacaq: iş axtaranlar arzularına çatacaqlar, işi olanlar isə karyeralarında bir addım da yüksələcəklər. Eşq macəralarına hazır olmalısınız, xüsusilə həftənin əvvəlində başınızı itirmək riski var. Niyə də yox? Sevib və sevilmək gözəl hissdir. Həftəiçi qaçaqaç olacaq, lakin gələcəkdə bunun bəhrəsini görəcəksiniz. Uğurlu günləriniz 5, 10 dekabr, uğursuz gününüz isə 6 dekabrdır.

ŞİR bürcü


Şirlər üçün perspektivli dövr başlayır: bu dövr karyera yüksəlişi ilə yadda qalacaq. Ayın sonuna qədər bütün işlərinizi planlı şəkildə görməyə çalışın. Lakin tələsik qərarlar verməyin, sonda xoşagəlməz hadisələr baş verə bilər. Həftəiçi böhtan və ya, hətta xəyanətlə üzləşə bilərsiniz: kimin dost və ya düşmən olduğunu anlamaq vaxtı gəldi. Bu həftə intuisiyanıza maksimum güvənməlisiniz: bunun sizin üçün xeyri olacaq. Səyahət etmək üçün əsl vaxtdır: macəralara qucaq açın, həyatınıza yeniliklər əlavə edin. Uğurlu günləriniz 8, 9 dekabr, uğursuz gününüz isə 4 dekabrdır.

QIZ bürcü


Bu həftə çoxdan tutduğunuz arzular gerçəkləşəcək, sevincinizdən özünüzə yer tapa bilməyəcəksiniz. Amma uğurlarınız haqqında heç kimə deməyin: hər zamankı kimi, sizə paxıllıq edənlər çoxdur. Avtomobil sahibləri yollarda çox diqqətli olmalıdırlar. Lazım gələrsə, avtomobilinizi əlavə olaraq yoxlatdırın. Həftəiçi uğurlu iş birliyi quracaqsınız və cibiniz pulla dolu olacaq. Sağlamlığınıza fikir verin: çalışın, qısamüddətli də olsa, pəhriz saxlayın. Həftəsonu kiçik sürprizə hazır olun. Uğurlu günləriniz 6, 8 dekabr, uğursuz gününüz isə 5 dekabrdır.

TƏRƏZİ bürcü


Tərəzinin tərsliyi onun başına iş açacaq. Məsləhətlərə qulaq asın, bu həftə çalışın, bildiyiniz kimi hərəkət etməyin. Münasibət qurmaq istəyirsinizsə, gərək hisslərinizi də qorxmadan deməyi bacarasınız. Hətta “yox” cavabı alsanız belə, ruhdan düşməyin. Deməli, o insan sizə layiq deyil. Həftəsonu gözlənilməz qərarlar qəbul edəcəksiniz: bu, iş dəyişmək, səyahətə çıxmaq, ölkəni tərk etmək, hətta münasibətə son qoymaq kimi vacib məsələlər ola bilər. Uğurlu günləriniz 4, 9 dekabr, uğursuz gününüz isə 8 dekabrdır.

ƏQRƏB bürcü


Əqrəblər üçün həftənin əvvəli gərgin keçə bilər. Böyük planlarınız varsa, onların həyata keçirilməsi ilə təkbaşına məşğul olacağınıza hazır olun. Etibar edə biləcəyiniz köməkçiləri tapmaq çox çətin olacaq. Sevgili axtarışına çıxan subay Əqrəblər, tay axtarmayın, çünki ulduzlar sizə ən layiq olanını artıq seçib və bu yaxınlarda onu qarşınıza çıxaracaq. Həftəsonu xərcləriniz çox olacaq, çünki əlinizə pul gələcək. Uğurlu günləriniz 7, 10 dekabr, uğursuz gününüz isə 5 dekabrdır.

OXATAN bürcü


Bu həftə şəxsi həyatınızla bağlı xoşagəlməz söz-söhbətlər və dedi-qodular eşidəcəksiniz. Lakin heç vecinizə də almayın, çünki bunu edənlər sizin paxıllığınızı çəkirlər. Ümumiyyətlə, çalışın, şəxsi həyatınızla bağlı xəbərləri yalnız yaxınlarınızla və həqiqətən etibar etdiyiniz insanlarla bölüşün. Əgər əvvəllər perspektivsiz hesab etdiyiniz layihələriniz var idisə, bu həftə hər şey dəyişəcək: işləriniz uğurla həll olunacaq. Yeni insanlarla tanış olmaqdan, eləcə də işgüzar danışıqlardan qaçmayın: onların karyeranıza müsbət təsir göstərmək ehtimalı yüksəkdir. Uğurlu günləriniz 5, 9 dekabr, uğursuz gününüz isə 10 dekabrdır.

OĞLAQ bürcü


Bu həftə şəxsi həyatınızda dəyişikliklər olacaq. Sizə elə gələcək ki, ikinci yarınız sizə qarşı soyuyub və ya sizi sevmir. Ancaq əksinə, hissləriniz sizi aldadacaq və həftənin sonunda sevgiliniz tərəfindən gözlənilməz sürprizlər olacaq. Siz çox çalışqan birisiniz və buna görə də əziyyətinizin bəhrəsini tezliklə görəcəksiniz. Rəqibləriniz sizə böhtan atmağa çalışacaqlar: zəif yerinizi aşkar etməyə imkan verməyin, özünüzə inanın. Unutmayın ki, siz Oğlaqsınız və sizin üçün “mümkünsüz iş” anlamı yoxdur. Uğurlu günləriniz 7, 9 dekabr, uğursuz gününüz isə 5 dekabrdır.

DOLÇA bürcü


Ulduzlar həftəiçi sizə çoxlu yeni və qeyri-adi sürprizlər hazırlayıb. Dəyişikliklər, xüsusilə maliyyə vəziyyətinizə təsir edəcək: büdcəniz əhəmiyyətli dərəcədə artacaq. Əgər siz hazırda yeni iş axtarırsınızsa, o zaman bu həftə bu məsələdə mühüm irəliləyişlər görəcəksiniz. Həftəsonu siz düşmənlərinizlə üz-üzə gələcəksiniz: onlar sizə təzyiq göstərəcəklər, ayağınıza dolaşacaqlar. Lakin onlar unutmamalıdırlar ki, başqasına quyu qazan elə özü ora düşər. Ulduzlar sizin tərəfinizdə olacaq və işlərinizdə uğur qazanacaqsınız. Uğurlu günləriniz 5, 7 dekabr, uğursuz gününüz isə 6 dekabrdır.

BALIQLAR bürcü


Bu həftə həm iş, həm də istirahətlə bağlı uzaq məsafələrə səfərlər üçün çox əlverişlidir. İşgüzar səfərlər maliyyə vəziyyətinizə yaxşı təsir edəcək, istirahət isə tamamilə yenidən işə başlamağa və yeni güc qazanmağa imkan yaradacaq. Amma maliyyə məsələlərində, xüsusilə diqqətli olmaq lazımdır: aldadılma ehtimalı yüksəkdir. Sevgilinizlə hər hansı probleminiz varsa, bunu dərhal müzakirə edin; imkan verməyin, aranızda soyuqluq yaransın. Uğurlu günləriniz 8, 9 dekabr, uğursuz gününüz isə 5 dekabrdır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:33

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
17 oktyabr 2026, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
17 oktyabr 2026, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
17 oktyabr 2026, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
17 oktyabr 2026, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
17 oktyabr 2026, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
17 oktyabr 2026, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
17 oktyabr 2026, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
17 oktyabr 2026, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
17 oktyabr 2026, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
17 oktyabr 2026, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
17 oktyabr 2026, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Oxşar xəbərlər