top
Həftəlik bürclər 4 SENTYABR - 10 SENTYABR
03 sentyabr 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 4 SENTYABR - 10 SENTYABR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Pis vərdişlərdən qurtulmaq üçün əlverişli zamandır. Gündəlik həyatın təlaşından uzaqlaşmaq üçün xaricə səfər edə bilərsiniz. Çətinlik yaradan məsələniz, axır ki, həll olunacaq. Çox işləyirsiniz, amma az pul alırsınız: müdiriyyətdən maaşınızın artırılmasını istəməyin vaxtı gəlib. İti və kəsici əşyalardan çəkinin: diqqətsizlikdən sağlamlığınıza zərər vura bilərsiniz. Həmçinin heç kimi incitməmək üçün sözlərinizə diqqət yetirin: bu həftə münasibət məsələləri də gərgin keçəcək. Uğurlu günləriniz 6, 8 sentyabr, uğursuz gününüz isə 5 sentyabrdır.

BUĞA bürcü


Bu həftə borc götürmək və ya vermək əlverişsizdir: bu, bataqlığa girməyə bərabər olacaq. Heç kimə ümidlənməyin və vacib işlər tapşırmayın: vədlərini yerinə yetirməyəcəklər. Təkcə iş yerində deyil, öz düşüncələrinizdə də hər şeyi qaydaya salmağın vaxtıdır, əsas da sevgi cəbhəsində. Sizin aşırı qısqanclığınız ayrılığa səbəb ola bilər: münasibətdə güvən yoxdursa, sevginin sonu olmayacaq. Həftənin ikinci yarısında dostlarınız qanınızı qaraldacaqlar: planlarınızı param-parça edəcəklər. Uğurlu günləriniz 5, 6 sentyabr, uğursuz gününüz isə 4 sentyabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə maraqlı bir insanla tanış olacaqsınız: o, sizin həyatınızda önəmli bir rol oynayacaq. İş yerinizdə gərgin vəziyyət yarana bilər: paxılları, sizə quyu qazanları tanıyacaqsınız. Lakin narahat olmayın, ədalət sizin tərəfinizdə olacaq və hətta vəzifədə yüksəlmək şansınız yaranacaq. Xanımlar, axır ki, ikinci yarınız sizə evlənmək təklifi edəcək: bəxtiniz gözəl olacaq. Risk etməkdən qorxmayın: arzularınızı gerçəkləşdirin və uğur qazanın. Uğurlu günləriniz 9, 10 sentyabr, uğursuz gününüz isə 8 sentyabrdır.

XƏRÇƏNG bürcü


Yeni planların həyata keçirilməsi üçün əlverişli dövrdür: uğur sizin tərəfinizdə olacaq. Zorla sevgi olmur: bir insan ürəyinizə yatmayıbsa, onunla münasibət qurmayın. Həftənin ikinci yarısında işdə müxtəlif münaqişələr, mübahisələr və fikir ayrılıqları yarana bilər: sakit olun və təxribata uymayın. Xaricdən xoş xəbər gözləyin: ola bilsin, digər ölkədən iş təklifi gəlsin və ya təhsil almaq şansınız yaransın. Şənbə günü sürprizlərə hazır olun: həyatınız dəyişəcək. Uğurlu günləriniz 4, 9 sentyabr, uğursuz gününüz isə 7 sentyabrdır.

ŞİR bürcü


Həftə tez və hiss olunmadan keçəcək: heç bir xüsusi hadisə gözlənilmir. Əlbəttə ki, özünüz problemlər yaratmağa başlamasanız və sonra başqalarını onların həllinə cəlb etməsəniz. Həftənin ikinci yarısında köhnə tanışdan yeni işgüzar təklif gələcək: iş birliyi qursanız, yaxın vaxtda varlı olacaqsınız. Sağlamlığınıza diqqət yetirməlisiniz: özünüzü soyuqdan qoruyun. Sevgiliniz sizə sürpriz hazırlayır: lakin xoş və ya pis olması sizin bunu necə qəbul etməyinizdən asılı olacaq. Uğurlu günləriniz 8, 9 sentyabr, uğursuz gününüz isə 6 sentyabrdır.

QIZ bürcü


Bu həftə risklərə əl atmayın: vacib işləri gələn həftəyə planlaşdırın. Həftə ağır başlayacaq: dava, problemlər başınızdan töküləcək. Lakin cümə axşamından sonra qara günlər ağ günlərlə əvəzlənəcək. Sizi sevən bir nəfər var, lakin siz ona dost kimi baxırsınız: çalışın, ona bir şans verin, çünki onunla münasibətə girsəniz, dünyanın ən xoşbəxt insanı ola bilərsiniz. İşlə bağlı köhnə əlaqələri bərpa etməyə dəyər, çünki onlar tezliklə sizin üçün faydalı olacaqlar. Uğurlu günləriniz 7, 9 sentyabr, uğursuz gününüz isə 5 sentyabrdır.

TƏRƏZİ bürcü


Bu həftə şəxsi və ya işgüzar səfərlər uğur vəd edir: tənha olanlar bu səfərlərdən biri zamanı ikinci yarısı ilə tanış ola bilərlər. Son günlərdəki emosional və fiziki gərginlik sağlamlığınıza ziyan verə bilər: məzuniyyətə çıxmaq vaxtıdır. Müdiriniz sizi bonuslarla sevindirəcək: cəsarətli olun və ondan maaşınızı artırmasını istəyin. Həftəsonu diqqətsizliyiniz nəticəsində özünüzə problemlər yaradacaqsınız: başınız bir az ağrayacaq, amma sonda müşkül məsələ həllini tapacaq. Uğurlu günləriniz 5, 7 sentyabr, uğursuz gününüz isə 10 sentyabrdır.

ƏQRƏB bürcü


Ulduzlar Əqrəb bürcünə insanlarla nəzakətli və diqqətli olmağı tövsiyə edir: son zamanlar acı diliniz sizin başınıza bəladır və nəticədə ətrafdakılar sizdən uzaqlaşırlar. Soyuqdəymədən ehtiyatlı olun, o, sizə heç vaxt olmadığı qədər yaxınlaşıb və ona qarşı güclü “qalxan” qurmalısınız. Tale işdə məhsuldarlıq və ailədə ahəngdar münasibətlər vəd edir. Bununla belə, o, hətta ən yaxşı dostlarla daxili fikirləri bölüşməməyi məsləhət görür. Başqalarına verdiyiniz sevgi və incəlik sizə tam olaraq qayıdacaq: necə deyərlər, nə əksən, onu da biçərsən. Uğurlu günləriniz 6, 9 sentyabr, uğursuz gününüz isə 7 sentyabrdır.

OXATAN bürcü


Bu həftə ailə işləriniz ön plana çıxacaq və əlavə xərclərə səbəb olacaq. Yaxın qohumlardan biri ilə mübahisə və ya fikir ayrılığı mümkündür. Oxatan münasibətə girmək üçün çox seçim edir: qorxun ki, gülləri dərə-dərə sonda solmuş bir gülə rast gəlməyəsiniz. Dedi-qodu axır-əvvəl evinizi “yıxacaq”: əgər vaxtında qeybətçilərin ağzını yumdurmasanız, sonu yaxşı olmayacaq. Xəyal etməyin, reallaşdırın: bu həftə nə etsəniz, nəticəsi sizin ürəyinizcə olacaq. Uğurlu günləriniz 4, 10 sentyabr, uğursuz gününüz isə 9 sentyabrdır.

OĞLAQ bürcü


Bu həftə təmkinli və səbirli olsanız, ideyalarınızı asanlıqla həyata keçirə bilərsiniz. Çalışın, planlarınızı tanımadığınız adamlarla bölüşməyəsiniz: bəlkə onları paxıllar və ya rəqibləriniz göndərib. Sənədlər tərtib edərkən və birgə iş fəaliyyətini müzakirə edərkən xırda detallara məhəl qoymalısınız. Biznesiniz varsa və onu genişləndirmək istəyirsinizsə, mütləq xaricdən investorlar axtarın. Borc verməyin, çünki pulunuzun geri qayıtmamaq ehtimalı var. Ağlınızı bir nəfər alacaq: Qız, Dolça və ya Əqrəb bürclərindən olan bu insan sizi sevgi toruna salacaq. Uğurlu günləriniz 7, 9 sentyabr, uğursuz gününüz isə 8 sentyabrdır.

DOLÇA bürcü


Son bir neçə həftə ərzində sizi narahat edən münaqişələri həll edə biləcəksiniz: barışıq üçün ilk addımı siz atsanız, yaxşıdır. Xərclərinizə fikir verin, əks halda cibinizdə “deşik yaranacaq”: bu dövr ciddi gəlir gətirməyəcək. İş yerində romantik münasibətlər yarana bilər: həmkarınız sizə ürəyini açacaq. Əgər kapitalınız varsa, onu daşınmaz əmlaka yatırın. Həftənin sonunda xoş xəbər alacaqsınız: çamadanları yığın, xaricə gedəcəksiniz. Uğurlu günləriniz 9, 10 sentyabr, uğursuz gününüz isə 7 sentyabrdır.

BALIQLAR bürcü


Ulduzlar Balıqlara əla rifah vəd edir, ona görə də maliyyə çatışmazlığından narahat olmayın, əksinə, pulunuz o qədər çox olacaq ki, başgicəlləndirici alış-veriş səfərinə çıxa bilərsiniz. Bu həftə sakit qalmaq asan olmayacaq: emosional fon kifayət qədər gərgin olacaq, ona görə də hadisələrə kəskin reaksiya verə bilərsiniz. Tələsik qərarlar verməməyə çalışın, yoxsa bu, xoşagəlməz hadisələrlə bitəcək. Subaylara məsləhət görülür ki, Oğlaq, Buğa və ya Şir bürclü insanlara fikir versinlər: ideal cütlük alına bilər. Uğurlu günləriniz 4, 7 sentyabr, uğursuz gününüz isə 5 sentyabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Oxşar xəbərlər