top
Həftəlik bürclər 6 FEVRAL - 12 FEVRAL
05 fevral 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 6 FEVRAL - 12 FEVRAL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə çamadanınızı yığın - səyahət vaxtıdır! Həftəiçi xaricdə istirahət etmək təklifi ala və ya ekzotik ölkəyə səfər etmək üçün bilet uda bilərsiniz. Dostunuz başınıza bəla olacaq: ona görə davaya gedəcəksiniz, lakin oradan qalib kimi çıxacaqsınız. Sevgi cəbhəsində yeniliklər baş verəcək: dost bildiyiniz birinə diqqət yetirməyə başlayacaqsınız, onunla münasibətə başlamaq fikrinə gələcəksiniz. Maddi durumunuz yaxşılaşa bilər. Uğurlu günləriniz 8, 10 fevral, uğursuz gününüz isə 6 fevraldır.

BUĞA bürcü


Bu həftə bir nəfərin xətrinə dəyəcəksiniz: sevgi, nifrət, kin sizi rahat yaşamağa qoymayacaq. Burada siz səhv olacaqsınız, lakin qürurunuz səhvinizi etiraf etməyə imkan verməyəcək. Çalışın, eşqi qəlbinizdə öldürməyin, bu sevgini nifrətə döndərməyin. İşinizdə böyük dəyişikliklər olacaq: çoxdandır məqsəd qoyduğunuz vəzifəyə doğru irəliləyəcəksiniz. Həftəsonu maddi durumunuza fikir verin: boş-boş xərclər sizin cibinizi boşaldacaq. Uğurlu günləriniz 11, 12 fevral, uğursuz gününüz isə 8 fevraldır.

ƏKİZLƏR bürcü


“Əminlik” bu həftə sizin oyununuzun adıdır: sizin qarşınıza böyük şans çıxacaq, həyatınızı dəyişdirmək üçün fürsətlər olacaq. Hər şeyin istədiyiniz kimi olması üçün əminliklə hərəkət etməlisiniz. Sevgi cəbhəsində özünüzə güvənməlisiniz: xoşunuza gələn biri varsa, mütləq ona ürəyinizi açın. Ola bilməz ki, sizin kimi insana “yox” cavabını versinlər. Həftəsonu subaylar can yoldaşı ola biləcək bir insanla tanış olmaq şansı qazanacaqlar. Uğurlu günləriniz 6, 12 fevral, uğursuz gününüz isə 7 fevraldır.

XƏRÇƏNG bürcü


Münasibətlərdə bir şey sizin xeyrinizə deyilsə, gələn həftə bu barədə açıq danışmaq üçün əla vaxt olacaq: birlikdə düzgün həll yolunu tapa bilərsiniz. Bu həftə yeni tanışlıqlara ehtiyatla yanaşın: bəzi insanlar mələk kimi görünsələr də, daxildə şeytan ola bilərlər. İş yerində elə bir vəziyyətlə üzləşəcəksiniz ki, həmkarlarınızın birindən kömək istəməli olacaqsınız: bundan utanmayın, insan hər şeyi tam olaraq bilə bilməz. Uğurlu günləriniz 7, 11 fevral, uğursuz gününüz isə 6 fevraldır.

ŞİR bürcü


Subay Şir bu həftə can yoldaşına çevriləcək bir insanla tanış ola biləcək, artıq münasibətdə olanlar isə sevdiklərinin əhatəsində xoşbəxt olacaqlar. İşdə mühüm məsələlərin həlli üçün çərşənbə uyğun gün olacaq: maksimum fayda əldə etmək üçün bu günü qaçırmamağa çalışın. Xaricə səyahət və ya xaricdə iş birliyi qurmaq üçün təklif gözləyin. Uğurlu günləriniz 6, 8 fevral, uğursuz gününüz isə 12 fevraldır.

QIZ bürcü


Qızlar bu həftə daha diqqətli olmalıdırlar, çünki Marsın təsiri altında səhv qərarlar verə bilərlər, bunun da çox mənfi nəticələri olacaq. İşinizdə problemlər yarana bilər: ola bilsin, sizə verilən tapşırığı vaxtında yerinə yetirməyəsiniz. Bunun qarşısını almaq üçün çox diqqətli olmalısınız və vaxtınızı düzgün bölüşdürüb səmərəli istifadə etməlisiniz. Uğurlu günləriniz 9, 11 fevral, uğursuz gününüz isə 7 fevraldır.

TƏRƏZİ bürcü


Bu həftə yaxşı dostlarınızın qədrini biləcəksiniz: kiçik sıxıntılar ola bilər, lakin qorxmayın, dostlarınız sizin köməyinizə yetişəcəklər. Kredit öhdəlikləri olanlara şad xəbər: həftəsonu əlinizə böyük məbləğdə pul gələcək və bununla da borcunuzun bir qismini bağlaya biləcəksiniz. Tərəzi əks cinslə tanış olacaq, lakin başı bəlalı bu bürc yalanla üzləşəcək: Şir, Qız və Balıq bürclərinin nümayəndələri ilə tanış olduqda diqqətli olun. Uğurlu günləriniz 6, 7 fevral, uğursuz gününüz isə 11 fevraldır.

ƏQRƏB bürcü


Əqrəbin həm şəxsi həyat məsələlərində, həm də dostlar və ailə ilə münasibətlərdə çoxlu problemləri ola bilər: diqqətli olmağa və səhv etməməyə çalışın. Əgər sizin hansısa planınız və ya ideyanız varsa, çalışın, heç kimə danışmayın: “oğurluq” riski çox böyükdür. Maddi durumunuzda artım ola bilər. Evdə qalmış subaylar, bu həftə də sevgi qatarı sizdən yan keçəcək. Amma narahat olmayın, bu yaxında bəxtiniz açılacaq. Uğurlu günləriniz 8, 10 fevral, uğursuz gününüz isə 9 fevraldır.

OXATAN bürcü


Daxildə topladığınız bir çox suallara cavab tapmaq vaxtıdır. Həm də xarici "təsadüfi" əlamətlərə daha diqqətli olun: intuisiyanız sizə doğru yol göstərəcək. Həftəiçi sanki bir hind filminə düşəcəksiniz: qısqanclıq, xəyanət, sevgi, dava və sonda xoşbəxtlik qazanacaqsınız. Həftəsonu sultan həyatı yaşamağa hazır olun, çünki işlərinizdə bəxtiniz gətirəcək. Uğurlu günləriniz 11, 12 fevral, uğursuz gününüz isə 6 fevraldır.

OĞLAQ bürcü


“Ürək bir eşqə qərar versə, bir dəfə sevər hər adam”: yanınızda olan, sizi sevən birinə şans verin, onu “frendzona”dan çıxarın. Düzgün seçim etməsəniz, eşqə sürgün olacaqsınız: ürəyinizə qulaq asın, o, sizə nə etmək lazım olacağını deyəcək. Sizi ulduzlar sevir və ona görə bu həftə hər bir işiniz uğurla tamamlanacaq. Həftəsonu faydalı tanışlıqlar olacaq. Uğurlu günləriniz 7, 12 fevraldır, uğursuz gününüz gözlənilmir.

DOLÇA bürcü


Dolçalar hər bir şeyi ürəyinə salırlar, bu səbəbdən də tez-tez depressiyaya düşürlər. Bu həftə hər şeyi boş verin: heç kimə qulaq asmayın, ürəyiniz nə deyirsə, onu edin. Bundan sizə ancaq xeyir gələcək. Sizə yeni layihələr təklif olunacaq: özünüzə inanın və tapşırıqları yerinə yetirin, çünki sonda böyük cekpot qoparacaqsınız. Həftəsonu evlilik təklifi və ya sevgi etirafı gözləyin. Uğurlu günləriniz 6, 11 fevral, uğursuz gününüz isə 8 fevraldır.

BALIQLAR bürcü


Bu həfdə padişahlar, şahlar, sultanlar sizə paxıllıq edəcəklər: əlinizə elə bir şans düşəcək ki, hamı sizdən danışacaq. Varlı olmaq şansını qaçırmayın: həftəsonu sərfəli təklif ala bilərsiniz, bundan maksimum yararlanın. Subayların üzü güləcək: qarşınıza göygöz, sarışın bir mələk çıxacaq. Onunla münasibət qurub xoşbəxt anlar yaşayacaqsınız. Uğurlu günləriniz 7, 12 fevral, uğursuz gününüz isə 9 fevraldır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər