top
Həftəlik bürclər 8 YANVAR - 14 YANVAR
07 yanvar 2024, 10:00
- +

Həftəlik bürclər 8 YANVAR - 14 YANVAR

QOÇ bürcü


Xarakterlərin və temperamentlərin oxşarlığı sayəsində Qoç və Əjdahanın razılığa gəlməsi daha asan olacaq. Bu həftə bu bürc əsas oyunçuya çevriləcək: Qoç şanslılar arasında olacaq. Həftənin sonu ən uğurlu dönəm olacaq. Əsas məqsədlərinə çatmaq üçün Qoç riskə getməli olacaq: risk etməyən şampan içməz! Faydalı görüşlər nəticəsində biznes şəriki olmaq və ya gəlirli işə girmək şansı olacaq. Tənha qadınları romantika gözləyir: bu, gözlənilmədən, işgüzar görüşlər nəticəsində olacaq. Uğurlu günləriniz 9, 12 yanvar, uğursuz gününüz isə 13 yanvardır.

BUĞA bürcü


Üç illik sınaqlardan sonra Buğa əlverişli həyat dövrünə qədəm qoyur: maddi durumunuz güclənəcək, karyeranızda yüksəliş gözlənilir, gündəlik həyatda firavanlıq və rahatlıq olacaq. Həftənin ikinci yarısı işlərinizi başa çatdırmaq, gəlirli investisiyalar və böyük alışlar üçün əlverişlidir. Bir çox Buğala ailə həyatı qurmaq fikrinə gələcəklər. Uşaq arzusunda olanlar şad xəbər ala bilərlər. Uğurlu günləriniz 11, 14 yanvar, uğursuz gününüz isə 10 yanvardır.

ƏKİZLƏR bürcü


Əkizlər, karyera yüksəlişinə hazır olmalısınız: 2023-cü ildə çəkdiyiniz əziyyət boşa getmədi. Bürcün kişi nümayəndələrini ya evlilik, ya da boşanma gözləyə bilər: münasibətlərinizə diqqət yetirməlisiniz, problemlər varsa, tezliklə həll etməlisiniz. Müdirdən maaş artımını çəkinmədən istəyin: siz “yox” cavabı almayacaqsınız, çünki dəyərli işçisiniz. Xaricdən maraqlı təklif ala bilərsiniz: köhnə əlaqələr və dostluqlar sizə fayda verəcək. Uğurlu günləriniz 12, 14 yanvar, uğursuz gününüz isə 8 yanvardır.

XƏRÇƏNG bürcü


Həftənin əvvəlində Xərçəngləri iş və maliyyə sahəsində dəyişikliklər gözləyəcək: bu, vəzifə, iş yeri və ya maaş dəyişikliyi ola bilər. Evli olanlar dediklərinə diqqət yetirməlidirlər: artıq bir söz davaya səbəb olacaq. Ümumiyyətlə, soyuqluq yaranmasın deyə ikinci yarınıza daha çox diqqət yetirməlisiniz. Ətrafınızda sizə paxıllıq edən çox adam var: həftəsonu dedi-qodulardan canınızı qurtara bilməyəcəksiniz. Uğurlu günləriniz 9, 10 yanvar, uğursuz gününüz isə 12 yanvardır.

ŞİR bürcü


Bu həftə toksik münasibətlərə son qoyun: yanınızda olan insanın sizin ikinci yarınız olduğundan əminsiniz? Sevgi axtarışında olanlar, gözlərinizi geniş açın: yanınızda sizə aşiq olan biri var. Xoşbəxtlik yaxında olduğu halda siz onu uzaqlarda axtarırsınız. Tanışlıq saytlarında oturanlar, diqqətli olun: sizi çox pis tələyə salacaqlar. Dostlarınız sizə maraqlı sürpriz hazırlayıblar: çamadanlarınızı yığın. Uğurlu günləriniz 9, 12 yanvar, uğursuz gününüz isə 14 yanvardır.

QIZ bürcü


Qız üçün bu həftə çətin keçəcək: çox güman ki, işdə yeni tapşırıqlar alacaqsınız və məsuliyyət hissi sizə rahatlıq verməyəcək. Lakin unutmayın ki, siz çox ağıllısınız, kreativsiniz və sizin üçün həll olunmayan iş yoxdur. Şəxsi həyatınızda xoş hadisələr baş verəcək: subayları maraqlı tanışlıq gözləyir, ailəlilərin münasibətləri isə daha da istiləşəcək. Bazar günü gözləmədiyiniz hadisələr baş verəcək: şoka düşmək ehtimalı çoxdur. Uğurlu günləriniz 13, 14 yanvar, uğursuz gününüz isə 10 yanvardır.

TƏRƏZİ bürcü


Bu həftə heç kimin sözünə və məsləhətinə qulaq asmayın, özünüz bildiyiniz kimi hərəkət edin. Bütün həftə boyunca çoxları sizə ağıl verməyə çalışacaqlar, lakin siz ən yaxşısını özünüz bilirsiniz. Həftəsonu yığılıb qalmış maliyyə problemlərini həll etməli olacaqsınız və bir yaxın insan sizə kömək edəcək. Subaylar, qonaq gedəndə ətrafa baxın, bəlkə sizin ikinci yarınız orada olacaq. Uğurlu günləriniz 8, 10 yanvar, uğursuz gününüz isə 13 yanvardır.

ƏQRƏB bürcü


Həftənin gözlədiyiniz kimi keçəcəyi ehtimalı azdır: qəfildən planlaşdırılmamış işlər çıxacaq. Yerinə yetirə biləcəyinizə kiçik şübhəniz belə varsa, üzərinizə heç bir ciddi öhdəlik götürməməyə çalışın. Həftənin əvvəli maliyyə məsələlərinin həlli, eləcə də alış-veriş etmək üçün münasib vaxtdır. Həftəsonu daha uğurlu olacaq, daha çox imkanlar açacaq: maaş artımı və ya pul qazanmaq imkanınız ola bilər. Uğurlu günləriniz 9, 14 yanvar, uğursuz gününüz isə 11 yanvardır.

OXATAN bürcü


İşdə problemlər ola bilər, lakin ümumilikdə həftə yaxşı keçəcək. Qərar verməkdə tələsməmək tövsiyə olunur. Həftə gözləmədiyiniz xəbərlə davam edəcək: çoxdandır çözə bilmədiyiniz məsələ həllini tapacaq. Çöldə kiminsə “quyruğunu” tapdalamamağa çalışın, yoxsa dava qaçılmaz olacaq. Həftənin cümə və şənbə günləri ulduzlar sizə xoş sürprizlər hazırlayır. Uğurlu günləriniz 10, 13 yanvar, uğursuz gününüz isə 8 yanvardır.

OĞLAQ bürcü


Həftəni macəra ilə açacaqsınız, hər şey isə taksidə başlayacaq. Ola bilsin ki, kiçik bir tanışlıq böyük sevgiyə çevriləcək. Ehtimal var ki, həmcinsinizlə dava edəsiniz, lakin düşmənçiliklə başlayan münasibət sonda dostluğa çevriləcək. Subay oğlanların bəxti açılacaq: nəqliyyat vasitəsində olarkən bir xanımla tanış olacaqsınız. Həmin xanım sizin yarınız olacaq və sizi dünyanın ən xoşbəxt insanı edəcək. Uğurlu günləriniz 9, 11 yanvar, uğursuz gününüz isə 10 yanvardır.

DOLÇA bürcü


Həftənin əvvəlində nə ilə məşğul olsanız da, unutmayın ki, tez bir zamanda uğur qazana bilməyəcəksiniz: çətinliklər heç gözləmədiyiniz yerdə yarana bilər. Amma siz səbr etməli və əlbəttə ki, başladığınız işdən əl çəkməməlisiniz, çünki nəticəsi çox gözəl və uğurlu olacaq. Həftəsonu çoxdandır görmədiyiniz insanla qarşılaşacaqsınız. Bu görüş sizin üçün çox emosional keçəcək. Uğurlu günləriniz 13, 14 yanvar, uğursuz gününüz isə 12 yanvardır.

BALIQLAR bürcü


Həftə şəxsi münasibətlər baxımından əlverişli olacaq. Köhnə tanışlarla və ruhən sizə yaxın olan digər insanlarla ünsiyyət üçün əlverişli zamandır. Uğur həftəiçi sizi təqib edəcək: ən əsas da işsiz olanların bəxti açılacaq və onlar arzu etdikləri işə sahib olacaqlar. Mübahisə etdiyiniz insanlarla barışacaqsınız, dostlarınızın niyə belə hərəkət etdiyini başa düşəcəksiniz. Həftənin ikinci yarısı uğurlu olacaq: gələcəkdə həyata keçirmək istədiyiniz planlar üzərində işləyəcəksiniz. Uğurlu günləriniz 12, 13 yanvar, uğursuz gününüz isə 11 yanvardır.

Son xəbərlər

Xəbər
Bu gün, 13:30

Heydər Əliyev prospektində qəza - ANBAAN GÖRÜNTÜLƏR

Xəbər
Bu gün, 13:00

Yol polisi uşaqlarla bağlı vətəndaşlara müraciət etdi

Xəbər
Bu gün, 12:14

Sudan 50 nəfərin meyiti çıxarılıb

Xəbər
Bu gün, 11:39

Şahmar Ələkbərovun anım günüdür

Xəbər
Bu gün, 11:33

Aktrisa Mehriban Xanlarovanın ad günüdür

Xəbər
Bu gün, 11:30

49 yaşlı kişi evində ölü tapıldı

Xəbər
Bu gün, 11:02

Boris Xetaqurovun 86 yaşı tamam olur - FOTO

Xəbər
Bu gün, 10:30

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama – RƏSMİ

Xəbər
Bu gün, 10:00

Bakıda narkoşəbəkə ifşa edildi

Xəbər
Bu gün, 09:33

Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Xəbər
Bu gün, 09:24

Türkiyədə meyiti tapılan iş adamı tiktoker "Beniz"in həyat yoldaşı olubmuş...

Xəbər
Dünən, 17:55

Yasamalda soyğunçuluq edən tutuldu

Xəbər
Dünən, 17:19

Şüvəlanda 1 ildir itkin kimi axtarılan qadının skeleti tapıldı - Oğlu tutuldu

Xəbər
Dünən, 17:10

Suraxanıda usta mənzildən 10 min manatlıq oğurluq etdi

Xəbər
Dünən, 16:35

Zeynəb Xanlarovanın 90 illik yubileyi harada keçiriləcək?

Xəbər
Dünən, 16:11

Siqareti arvadının alnında söndürdü

Xəbər
Dünən, 15:30

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Xəbər
Dünən, 14:38

Sarayda 30 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 14:10

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:42

Heyvan kəsimi məntəqələrində ciddi PROBLEM

Xəbər
Dünən, 12:53

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq - Bakı metrosundan AÇIQLAMA

Xəbər
Dünən, 11:47

Heyvan biznesi bəhanəsi ilə yüzminləri ələ keçirdi

Xəbər
Dünən, 11:38

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs saxlanıldı

Xəbər
Dünən, 11:12

Hava limanı yolundakı yeni qurğular sürətölçən cihaz deyil - RƏSMİ AÇIQLAMA

Xəbər
Dünən, 10:46

Küçədə halı pisləşdi, xəstəxanada öldü

Xəbər
Dünən, 10:20

Buzovnada 30 yaşlı kişi dənizdə batdı

Xəbər
Dünən, 09:53

13 yaşlı şəhidimizin doğum günüdür

Xəbər
Dünən, 09:49

Bakıda gəlin qayınanasını ŞİLLƏLƏDİ

Oxşar xəbərlər