top
Həftəlik bürclər 8 YANVAR - 15 YANVAR
08 yanvar 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 8 YANVAR - 15 YANVAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə heç kimin sözünə və məsləhətinə qulaq asmayın, özünüz bildiyiniz kimi hərəkət edin. Bütün həftə boyunca az danışıb, çox qulaq asmağa çalışın – ola bilər ki, gələcəkdə şəxsi həyatınızda istifadə edə biləcəyiniz yaxşı nəsə eşidəsiniz. Şəxsi həyatınızda xoş hadisələr baş verəcək: subayları maraqlı tanışlıq gözləyir, ailəlilərin münasibətləri isə daha da istiləşəcək. Böyük pul kisəsi alın, çünki həftəsonu əlinizə çoxdan gözlədiyiniz pul gələcək. Uğurlu günləriniz 10, 15 yanvar, uğursuz gününüz isə 11 yanvardır.

BUĞA bürcü


Bu həftə uğur sizi təqib edəcək: əl atdığınız hər iş istədiyiniz kimi sonlanacaq. İşdə səbirli olmalısınız: müdiriyyət və ya iş yoldaşlarınızdan biri sizin əsəbinizlə oynayacaq. Həftəsonu yığılıb qalmış maliyyə problemlərini həll etməli olacaqsınız və bir yaxın insan sizə kömək edəcək. Subaylar, qonaq gedəndə ətrafa baxın, bəlkə sizin ikinci yarınız orada olacaq. Bazar günü gözləmədiyiniz hadisələr baş verəcək: şoka düşmək ehtimalınız çoxdur. Uğurlu günləriniz 13, 14 yanvar, uğursuz gününüz isə 9 yanvardır.

ƏKİZLƏR bürcü


Bu həftə müdiriyyət tərəfindən xoş sözlər, bonuslar gözləyin. Həftənin əvvəlində sizə vacib iş tapşırılacaq. Bu işin öhdəsindən uğurla gələcəksiniz və hamı sizə heyran olacaq. Həftəiçi münasibətdə olanlar qısqanclıqla üzləşəcəklər: ikinci yarınızın qədrini bilin, çünki onu sizin əlinizdən almaq istəyən çoxdur. Həftəsonu borc istəyənlər qapınıza düzüləcəklər: ürəyiaçıq olmayın, hamı sizdən istifadə edir. Uğurlu günləriniz 12, 14 yanvar, uğursuz gününüz isə 10 yanvardır.

XƏRÇƏNG bürcü


Bu həftə son bir neçə ayda ilk dəfə rahat nəfəs almaq imkanınız olacaq. İşdə qara buludlar çəkiləcək, hər şeyə asanlıqla, oynaya-oynaya nail olacaqsınız. İndi elə bir vaxt yetişir ki, tale özü yolunuzda yaşıl işıq yandırır, lakin əlinizə düşən imkandan düzgün faydalanmalısınız. Maliyyə məsələləri də qaydaya düşəcək: həftəsonu cibiniz pulla dolacaq. Lakin bütün xərclərinizi planlaşdırmaqla səmərəli istifadə edin. Uğurlu günləriniz 9, 13 yanvar, uğursuz gününüz isə 11 yanvardır.

ŞİR bürcü


Bu həftə ağlasığmaz hadisələrlə dolu günlər olacaq: hər an şok yaşamağa hazır olun. Amma narahat olmayın, sizi şoka xoş hadisələr salacaq: çoxdandır gözlədiyiniz xəbərləri eşidəcəksiniz. Subay qızlar, çöldə gəzərkən ehtiyatlı olun: qaçırıla bilərsiniz, çünki sizin gözəlliyiniz əks cinsin ağlını alacaq. Bu bürcün kişi nümayəndələri işdə uğur qazanacaq və bununla əks cinsin gözündə qalxacaqlar. Uğurlu günləriniz 10, 15 yanvar, uğursuz gününüz isə 13 yanvardır.

QIZ bürcü


Qız bürcü bu həftə bütün problemlərini birdən həll etmək arzusuna düşəcək. Həm pul qazanmaq, həm sağlamlığınızı yaxşılaşdırmaq, həm də şəxsi həyatınızı qaydaya salmağa çalışacaqsınız. Həftənin sonunda uğur üzünüzə güləcək: lotereyalara, “giveaway”-lərə qoşularaq cekpot qazanacaqsınız. Subay xanımlar öz yarını teatrlarda axtarsın: alicənab, mədəni oğlan qarşınıza çıxacaq. Uğurlu günləriniz 10, 13 yanvar, uğursuz gününüz isə 9 yanvardır.

TƏRƏZİ bürcü


Sizi sakit, ahəngdar bir həftə gözləyir. İşdə müdiriyyət sizə xoş münasibət bəsləyəcək və hətta vəzifənizi artırmaq barədə düşünəcək, lakin yaltaqlıq etməyin, özünüz kimi olun. Çoxdandır sizə quyu qazan həmkarınız var, onun gözü sizin nailiyyətlərinizi götürmür: Şir, Əqrəb və Balıq bürclərinin nümayəndələri olan iş yoldaşlarınızdan şübhələnin. Sevgiliniz sizə evlilik təklifi etmək istəyir, sadəcə lazımi vaxtı gözləyir. Çalışın, ona hazır olduğunuzu bildirin. Uğurlu günləriniz 9, 11 yanvar, uğursuz gününüz isə 15 yanvardır.

ƏQRƏB bürcü


Bu həftə evdə qalmış qızların bəxti açılacaq: görmədiyiniz günlərə düşəcəksiniz. Savadlı, ağıllı, alicənab və pullu bir oğlan dalınızca düşəcək: nə badə tanışlıqlardan imtina edəsiniz, yoxsa sevgi qatarınız gedəcək. Subay oğlanlar da bu həftəsonu bəy balası kimi yaşayacaqlar: ya yüksək gəlirli iş tapacaqsınız, ya karyera yüksəlişi olacaq, ya da müdiriyyət tərəfdən mükafat alacaqsınız. Şənbə günü xaricdən xoş xəbər alacaqsınız. Uğurlu günləriniz 13, 14 yanvar, uğursuz gününüz isə 10 yanvardır.

OXATAN bürcü


"Sakitlik və ancaq sakitlik!” bu həftə Oxatan bürcünün şüarı olacaq. Həftə çox ağır keçəcək: sevgilinizlə savaşmaq, işdə müdiriyyətlə sözünüzün çəp düşməsi ehtimalınız çox böyükdür. Bütün problemlər sanki bu həftə “başınıza töküləcək”, lakin səbirli olun: həftəsonu qara günlər ağ günlərlə əvəz olunacaq. Maddi durumunuzu xeyli yaxşılaşdırmaq üçün çox şansınız olacaq. Sevgilinizlə barışacaqsınız və istirahət etmək üçün şəhərdən kənara gedəcəksiniz. Uğurlu günləriniz 14, 15 yanvar, uğursuz gününüz isə 11 yanvardır.

OĞLAQ bürcü


Bu həftə Oğlaqların dalınca danışan çox insan olacaq. Bir insanın “quyruğunu” əzəcəksiniz və o, qisas almaq üçün sizin barənizdə dədi-qodu edəcək. Həftəiçi onlayn iş təklifi alacaqsınız: mütləq razılaşın və maddi durumunuzu yaxşılaşdırın. Xaricə səyahət etmək və ya köçmək istəyənlər həftəsonu xoş xəbər alacaqlar. Sevgilinizlə romantik gecə keçirin və ya səyahətə çıxın: bu, sizin münasibətinizi daha da möhkəmləndirəcək. Uğurlu günləriniz 13, 15 yanvar, uğursuz gününüz isə 9 yanvardır.

DOLÇA bürcü


Bu həftənin birinci yarısında Dolçaların işdə qayğıları çox olacaq. Sizə elə gələcək ki, hər şey donub qalıb və onları yerindən tərpətmək mümkün deyil. Texnika xarab olur, həmkarlarınız birdən-birə sizinlə yola getmirlər, müdiriyyət isə bütün sazişləri pozur. Bütün bunlara maliyyə problemləri də əlavə olunacaq. Sizə elə gələcək ki, bir az əvvəl əlinizdə iri məbləğ var idi, amma indi onun heç izi-tozu da qalmayıb. İndi həyatınızda çətin dönəmdir, lakin səbir edin, növbəti həftə hər şey düzələcək. Uğurlu günləriniz 9, 12 yanvar, uğursuz gününüz isə 15 yanvardır.

BALIQLAR bürcü


Keçən il həyata keçirə bilmədiyiniz məsələləri bu həftə reallaşdırmağa başlayacaqsınız. Problemlər sizdən uzaq olacaq: bu həftə ulduzların ən sevimlisi siz olacaqsınız. Nağıllara inanmayanlar həftəsonu fikrini dəyişəcəklər: həyatınızda möcüzə baş verəcək və nə arzu etmisinizsə, çin olmağa başlayacaq. Həyatınıza hər gün sizə xoşbəxt anlar yaşatmaq üçün bir insan daxil olacaq. Uğurlu günləriniz 14, 15 yanvar, uğursuz gününüz isə 12 yanvardır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər