top
KİŞİLƏRİN AXTARDIQLARI İDEAL QADIN
03 mart 2024, 05:00
- ↺ +

KİŞİLƏRİN AXTARDIQLARI İDEAL QADIN

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zərif cinsin nümayəndələrini seçmək meyarları milyonlarla ildir ki, dəyişməz olaraq qalır. Hər kəs təbiətcə gözəl, zərif və baxımlı, lakin eyni zamanda asanlıqla ünsiyyət quran və “flirt”in nə olduğunu bilən xanım axtarır.

Bununla belə, güclü cinsin hər bir nümayəndəsinin qadın idealı haqqında öz fikirləri var. Bunun əsasında onlar özlərinə həyat yoldaşı axtarırlar. Müxtəlif bürclərdən olan kişilərin hansı qadınlara üstünlük verdiklərini öyrənməyin vaxtı gəldi.

TƏRƏZİ

Bu bürcün nümayəndələri qadınlarda zahiri cəlbediciliyə daha çox üstünlük verərlər. Ancaq təbii ki, öz fikri və ambisiyaları olmayan gözəl bir kuklaya aşiq olmaq qədər ağılsız deyillər. Tərəzi üçün ideal qız ahəngdar münasibətləri qoruyub saxlamağı bacarmalıdır. Dinləmə və eşitmə qabiliyyətinə malik olan qadın Tərəzini özünə aşiq edə bilər. Qalmaqalı sevən qadınlar Tərəzinin qapısını döyməsinlər: sizin münasibətiniz elə birinci davadan sonra bitəcək. Əqrəb, Şir, Oğlaq və Əkizlər bürclərindən olan qadınlar bu bürc üçün uyğundurlar.

ƏQRƏB

O, heç vaxt "boz siçana" baxmaz, çünki xəyallarının qadını parlaq, möhtəşəm və baxımlı bir qadındır: zərif və ağıllı qadın Əqrəbi asanlıqla ovsunlaya bilər. Əqrəb onun yanında sədaqətli və cəsur bir həmfikir qadın görmək arzusundadır. Bundan əlavə, belə bir qadın zəngin fantaziyaya malik olmalıdır: cansıxıcı olsa, o, dərhal marağını itirəcək. Əqrəb həqiqətən də əlçatmaz bir gözəlliyi fəth etmək prosesindən həzz alırlar: duyğularını ifadə etməyə tələsməyəcək sirli qadınlar onu cəlb edirlər. Balıq, Qız, Xərçəng, Buğa və ya Oğlaq bürcü qadınları Əqrəblər üçün ən uyğun olanlardır.

OXATAN

Oxatan böyük macəra həvəsi olan qadınlara üstünlük verir. Bu bürcün kişi nümayəndələri lider qadınları sevirlər: onlar qətiyyətli xanımlardan çəkinmirlər. Oxatanlar üçün sevdiklərinin savadlı olması da vacibdir ki, onunla müxtəlif mövzularda danışa, hətta mübahisə edə bilsin. Bu kişinin ideal qadını uzaqdan diqqəti cəlb etməli, min insanın içində fərqlənməlidir. Oxatanı tənbəl və evdar qadınlar maraqlandırmırlar: o, qadının yolundakı bütün rəqiblərini məhv edib başgicəlləndirici karyera qurmasını həyəcanla izləməyə üstünlük verir. Bu bürcə uyğun olan qadın Oxatan, Oğlaq, Dolça və ya Tərəzi bürcünün nümayəndəsidir.

OĞLAQ

Məqsədli və işgüzar – Oğlaq bürcünün nümayəndələrini cəlb edən qadın tipləri bunlardır. Onun qadını sadiq köməkçi və sağ əli olmalıdır. Oğlaqların rastına güclü və özünü təmin edə bilən qadın çıxanda dəli olurlar. Lakin sevgilisini nəzarət altında saxlamağı xoşlayan qadınlar bu mətni oxuyurlarsa, buradaca dayanın: xanımın sözü ilə oturub-duran, toksik münasibəti və nəzarəti görən Oğlaq sizi dərhal həyatından çıxaracaq. Dolça, Əqrəb, Qız, Balıq və ya Buğa bürcünün qadınları belə bir kişi ilə xoşbəxtlik tapa bilərlər.

DOLÇA

Bu bürc altında doğulan kişilər əsl Kazanovadırlar: qadınların diqqətini sevirlər və qarşılıq verməyə hazırdırlar. Belə kişiləri qadının sirri və əlçatmazlığı cəlb edir. Dolça “YOX” sözünü qəbul etməz: bunu deyən xanım onu daha da qızışdırar və “ov” marağını alovlandırar. Savadsız qadınların yanında darıxırlar, amma macəraçı xanımlarla dünyanın sonuna kimi gedərlər. Dolçalar xoşbəxtliklərini Oxatan, Balıq, Xərçəng və ya Əkizlərlə tapa bilərlər.

BALIQ

Balıq bürcündən olan kişilər ideal birini tapmaqda çətinlik çəkirlər: bu, onların ziddiyyətli təbiətinə tab gətirə bilən mərhəmətli və fədakar bir qadın olmalıdır. Balıqlar qadının onlara tabe olması və itaət etməsini sevir. Bu bürcün nümyəndələri gözlə sevirlər: eybəcər qızlar onun ürəyinə yol tapa bilməzlər. Evdar, romantik və işgüzar xanımlar Balığı tora sala bilərlər. Lakin həmin qadın onun bəzən aşırı qısqanclığına dözməyi bacarmalıdır. Balıqlar Əqrəb, Xərçəng, Əkizlər və ya Oxatan ilə xoşbəxtlik tapa bilərlər.

[URIS id=131557]

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər