Sosial şəbəkələrdə ana olmaq istəyən qadınlara “maraqlı” təkliflər edilir. Bu haqda BakuPlus.az Baku TV-yə istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.
Facebook sosial şəbəkəsində müxtəlif sosial qruplarda bir nəfər kişi tərəfindən verilən elanda təbii donor xidməti təklif olunub.
“Övlad həsrətində olan analar üçün övlad sahibi olmaq imkanı. Həyat yoldaşında problem olan və müalicə olmayan, ya da baha başa gələn xanımlara təbii donor xidməti təklif olunur. Süni mayalanmadan qat-qat ucuz, cəmi iki seansa hamilə qalmaq imkanınız var. Zəmanət verilir, məxfilik, gizlilik qorunur. Əlaqə üçün şəxsiyə yazın”, - deyə elanda qeyd olunub.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ artıq nəzarətə götürülüb və iş üzrə araşdırmalara başlanılıb.
[caption id="attachment_79596" align="alignnone" width="640"]
Foto Baku Tv-nin rəsmi Youtube kanalı[/caption]