top
11 yaşlı qız diş müalicəsi zamanı komaya düşüb
02 mart 2024, 07:15
- ↺ +

11 yaşlı qız diş müalicəsi zamanı komaya düşüb

Bakıda diş həkiminə gedən uşaq sedasiyadan sonra komaya düşüb. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Sosial şəbəkələrdə 11 yaşlı Xadicə adlı qızın doqquz gündür komada olması haqda məlumat yayılıb. Uşağın atasının sözlərinə görə, qızına anesteziya edilməməsini tapşırdığı halda, stomatoloq öz qərarı ilə bunu etməyi lazım bilib. Anestezioloqun məsuliyyətsizliyi səbəbindən uşağın beynində oksigen çatışmazlığı yaranıb və o, komaya düşüb.

Məsələ ilə bağlı stomatoloq Bəhruz Rüstəmov açıqlama verib. Həkim bildirib ki, Xədicə Zamin qızı Babazadənin müalicəsi ilə bağlı müraciət olunub. Daha sonra, 21 fevral tarixində azyaşlı həkimin qəbuluna yazılıb.

“Öncədən Xədicənin valideyni sedasiya ilə bağlı istəklərini bildirdiyinə görə təyin olunmuş vaxtda anestezioloqa da vaxt bildirilmişdi və o da dəvət olunmuşdu. Həmin tarixdə hər iki valideyni uşağı ortopantomoqram rentgeni ilə birlikdə işlədiyim klinikaya gətirdi. Subyektiv və obyektiv müayinələrini etdikdən sonra ağız boşluğunda görülməli prosedurlar haqqında məlumat verdim.

Pasiyent ümumi intubasion anesteziyada olduğuna görə yerli anesteziyaya ehtiyac yox idi və olunmadı.

İlk gördüyüm iş dişlərdən birinin restavrasiyası idi. Müalicə təxminən 15 dəqiqə çəkdi. Daha sonra 21-ci dişin endodontik müalicəsinə başladım. Kök kanallarının mexaniki, medikamentoz işlənməsindən sonra onu doldurdum. Prosedurun sonunda anestezioloq mənə işi təcili dayandırmalı olduğumu bildirdi. Mən işi saxladım və prosedur otağında olan anestezioloq pasiyentin vəziyyətini dəyərləndirdikdən sonra digər anestezioloq-reanimatoloqları prosedur otağına təcili çağırdı. Bundan sonra mən heç bir stomatoloji müdaxilə etmədim. Anestezioloq-reanimatoloqlar isə xəstənin intensiv müalicəsini davam etdirmək üçün işlədiyimiz klinikanın reanimasiya şöbəsinə yerləşdirdilər”, – deyə Rüstəmov qeyd edib.

Qeyd edək ki, həkimlər Xədicənin vəziyyətinin kritik olduğunu, ayılsa belə, ömürlük yatağa bağlı qalacağını bildiriblər.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
Bu gün, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
Bu gün, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
Bu gün, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
Bu gün, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
Bu gün, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
Bu gün, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
Bu gün, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
Bu gün, 12:55

288 müəllim iş yerini dəyişir

Xəbər
Bu gün, 12:26

Böyükşor gölündəki yaşıl rəngin səbəbi YOSUNLAR İMİŞ - RƏSMİ

Xəbər
Bu gün, 12:20

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Bu gün, 11:34

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Xəbər
Bu gün, 10:31

"Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm" - Tanınmış aktyor

Xəbər
Bu gün, 09:45

Maştağa və Buzovnada qaz kəsiləcək

Xəbər
Dünən, 18:00

Bakıda övladlarından imtina edən kişi həbs olundu

Xəbər
Dünən, 17:03

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi - FƏRMAN

Xəbər
Dünən, 16:07

Abadlaşdırılan həyətdə təhlükə: İki azyaşlını cərəyan vurub

Xəbər
Dünən, 15:53

Güləşçini qətlə yetirmişdi, həbsdə öldü

Xəbər
Dünən, 14:56

Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu

Xəbər
Dünən, 13:50

Bakıda kişi sükan arxasında öldü

Xəbər
Dünən, 12:55

Bakıda qonşusunu bıçaqla ürəyindən vuraraq öldürmək istəyən şəxsə AĞIR CƏZA

Xəbər
Dünən, 12:05

51 min manatlıq kombi oğurladılar, tutuldular

Xəbər
Dünən, 11:30

Suraxında xüsusi əməliyyat: saxlanılan var - VİDEO

Xəbər
Dünən, 10:52

Azərbaycanda cazın inkişafında mühüm rol oynayan Nuri Əhmədov vəfat edib

Oxşar xəbərlər