Paytaxtın “20 Yanvar” adlanan ərazisində olan yeraltı keçiddə su insanların başlarına axır. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az xəbər verir.
Belə ki, keçidin “Azərsu” ASC-nin inzibati binası tərəfində olan hissəsində tavandan su düz insanların başına axır. Keçidin özündə isə gölməçələr yaranıb. Bu sakinlərin və orada işləyən sahibkarların narazılığına səbəb olur.
Ərazi Bakının insanların ən sıx olduğu yerlərindən biri sayılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/01/a1.mp4"][/video]