Nəsimi rayonunda yarımtikili təhlükə saçır. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Söhbət rayonun 3-cü mikrorayonunda yerləşən tikilidən gedir. Hündürmərtəbəli binanın tikintisinə 14 il əvvəl başlanılıb. 4 il öncə isə binada tikinti dayandırılıb. İndi isə tikilinin aqibəti bəlli deyil.
Sakinlər bu vəziyyətdən çox narazıdırlar. Çünki binadan mütəmadi olaraq konstruksiyalar dağılaraq, onların keçdiyi ərazilərə düşür.
“Dəfələrlə dəmirlər düşüb. Uşaqlarım yatdığı vaxt həyətimizə düşdüyü olub. Hündür kran arada özü-özünə fırlanır”, - deyə sakinlər bildirilirlər.
MTK-dan məsələ ilə bağlı bildiriblər ki, şirkətin sahibi barəsində məhkəmə iddiası qaldırılmış, bu səbəbdən də tikinti dayandırılmışdır. İnşaat işlərinin davam edib-etməyəcəyi isə bəlli deyil.