top
3 il ərzində bağlı olan Badamdar yolunda cəmi 300 metr uzunluqda asfalt çəkilib
26 yanvar 2023, 08:36
- ↺ +

3 il ərzində bağlı olan Badamdar yolunda cəmi 300 metr uzunluqda asfalt çəkilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Badamdar yolunun 20-ci sahə adlanan ərazisində olan yol 2018-ci ildən yamacdakı sürüşmə ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti üçün bağlı olub. Hazırda bu əraziyə 300 metrlik məsafədə asfalt örtüyü çəkilib, hərəkət bərpa olunub. Ancaq yolun qalan hissəsində asfalt örtüyü bərbad vəziyyətdə qalıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

Sakinlər təqribən 1 kilometrlik bu yolun ortasına çəkilən yarı-yarımçıq asfaltdan narazıdırlar.

“3 ildir bu yol bağlı idi. 3 ilə 300 metrlik asfalt çəkiblər. Yolun qalan hissəsi pis gündədir. Maşınlar dağıla-dağıla qalıb burada”, - deyə yerli sakin öz şikayəti bildirib.

Ərazinin aid olduğu Səbail Rayon İcra Hakimiyyətindən (RİH) bildirdilər ki, adıçəkilən yolda asfaltlama işini Fövqəladə Hallar Nazirliyi (FHN) həyata keçirib.

FHN-in əməkdaşı Pərviz Aslanov qeyd edib ki, layihə-smeta sənədlərinə əsasən, yolun yalnız 350 metr hissəsində asfalt örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Yolun qalan hissəsinin asfalt örtüyünün yenilənməsi FHN-in səlahiyyətlərinə daxil deyil.

“Azəravtoyol”un sözçüsü Anar Nəcəfli sözügedən avtomobil yolunun AAYDA-nın balansında olduğunu təsdiq edib.

“Həmin avtomobil yolu üzərində sürüşmə baş verdiyi üçün müvəqqəti olaraq bağlı idi. Təbii ki, bu yolun təmiri bu üzdən aktual deyildi, amma hal-hazırda sürüşmənin qarşısı alınıb. Sürüşmə baş verdiyi ərazi üzrə yolun müəyyən hissəsi təmir olunub. Digər hissəsinin də təmiri artıq aktuallaşıb. Bununla bağlı AAYDA tərəfindən aidiyyəti üzrə məsələ qaldırılacaq ki, həmin yolun digər hissəsində də təmir həyata keçirilsin”, - deyə Nəcəfli vurğulayıb.

[caption id="attachment_88423" align="alignnone" width="640"]3 il ərzində bağlı olan Badamdar yolunda cəmi 300 metr uzunluqda asfalt çəkilib Foto Real TV[/caption]

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər