top
6 nömrəli məktəb-liseyin direktoru ikinci sinif şagirdinin istismara məruz qaldığı ilə bağlı açıqlama verib
24 yanvar 2024, 07:22
- ↺ +

6 nömrəli məktəb-liseyin direktoru ikinci sinif şagirdinin istismara məruz qaldığı ilə bağlı açıqlama verib

Sosial şəbəkələrdə 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatlarla bağlı təhsil müəssisəsinin direktoru Gülşən Orucova açıqlama verib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Direktorun sözlərinə görə, uşağın valideynləri yanvarın 10-da məsələ ilə bağlı müraciət ediblər. Müraciətə əsasən, dekabrın 4-dən məktəbdə mövcud olan kamera görüntülərinə baxış keçirilib, eyni zamanda Səbail rayon Polis İdarəsinə rəsmi şəkildə müraciət göndərilib. Müraciətdən sonra oradan nümayəndə məktəbə gəlib və şagirdlərlə söhbət aparıldı. Prosesə psixoloq da cəlb olunub və onun iştirakı ilə da şagirdlərlə profilaktik söhbət aparılıb.

Araşdırma zamanı 7-ci sinif şagirdlərinin telefonları götürülüb və orada qeyri-etik videolar aşkar olunub.

"Yəqin ki, həmin şagirdlər videonu öz aralarında bölüşüblər. Mən həmin gündən etibarən valideyn qruplarında aparılan yazışmalardan sonra valideynlərlə də ayrılıqda görüşdüm. Onlara bütün məlumatları verdik", – deyə direktor əlavə edib.

Bununla yanaşı, Elm və Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Təhsil Agentliyinə də məlumat verilib, qurumların nümayəndələri dərhal məktəbə gəliblər.

"Zorakılıq faktı qətiyyən aşkarlanmayıb. Lakin sözügedən VII sinif şagirdlərinin təhlükəsizliyinin təmin olunması üçün valideynlərinə onların məktəblərinin dəyişdirilməsi tövsiyə edilib. Ötən gün şagirdlərin başqa məktəbə yerdəyişmə edildiyi barədə məlumat yayılıb. Lakin yerdəyişmə mərkəzləşmiş sistem üzərindən aparılır. Bu gün biz sistemə baxmışıq, şagird yerdəyişməsi edilməyib. Sadəcə olaraq, mən açıqlama verəndə də onların məktəbdən çıxarılmadığı, sadəcə cümə günü məktəbdə olmadıqlarını qeyd etmişdim. Təəssüf ki, bu barədə məlumat da təhrif olunmuş formada yayımlanıb", – deyə Gülşən Orucova araşdırmanın yekunlarını izah edib.

O, həmçinin əlavə edib ki, müraciətdən sonra məktəbdə mühafizə sistemi gücləndirilib, kameraların sayı artırılıb.

"Övladının istismara məruz qaldığını iddia edən valideyn digər şagirdlərin məktəbdən uzaqlaşdırılmasını tələb edib. Lakin fakt öz təsdiqini tapmırsa, həmin şagirdlərin uzaqlaşdırılması barədə qərar qəbul edə bilmərik. Bu gün pedaqoji iclas da keçiriləcək. VII sinif şagirdlərinin valideynləri ilə bir daha söhbət aparılacaq, – deyən direktor, həmçinin istismara məruz qaldığı deyilən şagirdin məktəbdə təhsilini davam etdirdiyini də vurğulayıb: Lakin valideyni onun məktəbinin dəyişdirilməsini istəyir. Uşağın psixoloji vəziyyəti də qaydasındadır, pozitiv vəziyyətdə olan şagirddir. Məktəblərdə şagirdlərə smart-telefonlar qadağan olunub. 4 ildir biz bunlarla mübarizə aparırıq. Dərslər başlayanda mobil telefonlar yığılır və dərsdən sonra özlərinə paylanılır. Uşağın smartfona ehtiyacı yoxdur. Əlaqə saxlamaları üçün adi telefon da yetərlidir. Biz valideynlərə tövsiyə edirik ki, bu qaydalara riayət etsinlər”.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
Dünən, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
Dünən, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
Dünən, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
Dünən, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
Dünən, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
Dünən, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
Dünən, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
Dünən, 12:55

288 müəllim iş yerini dəyişir

Xəbər
Dünən, 12:26

Böyükşor gölündəki yaşıl rəngin səbəbi YOSUNLAR İMİŞ - RƏSMİ

Xəbər
Dünən, 12:20

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Dünən, 11:34

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Xəbər
Dünən, 10:31

"Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm" - Tanınmış aktyor

Xəbər
Dünən, 09:45

Maştağa və Buzovnada qaz kəsiləcək

Xəbər
24 sentyabr 2026, 18:00

Bakıda övladlarından imtina edən kişi həbs olundu

Xəbər
24 sentyabr 2026, 17:03

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi - FƏRMAN

Xəbər
24 sentyabr 2026, 16:07

Abadlaşdırılan həyətdə təhlükə: İki azyaşlını cərəyan vurub

Xəbər
24 sentyabr 2026, 15:53

Güləşçini qətlə yetirmişdi, həbsdə öldü

Xəbər
24 sentyabr 2026, 14:56

Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu

Xəbər
24 sentyabr 2026, 13:50

Bakıda kişi sükan arxasında öldü

Xəbər
24 sentyabr 2026, 12:55

Bakıda qonşusunu bıçaqla ürəyindən vuraraq öldürmək istəyən şəxsə AĞIR CƏZA

Xəbər
24 sentyabr 2026, 12:05

51 min manatlıq kombi oğurladılar, tutuldular

Xəbər
24 sentyabr 2026, 11:30

Suraxında xüsusi əməliyyat: saxlanılan var - VİDEO

Xəbər
24 sentyabr 2026, 10:52

Azərbaycanda cazın inkişafında mühüm rol oynayan Nuri Əhmədov vəfat edib

Oxşar xəbərlər