top
84 min manatın mənimsənildiyi məktəbdə şagird yox imiş  -  TƏFƏRRÜAT
08 oktyabr 2024, 04:45
- ↺ +

84 min manatın mənimsənildiyi məktəbdə şagird yox imiş  -  TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət tərəfindən Ədliyyə Naziriliyi Penitensiar xidmətinin tabeliyindəki 20 nömrəli məktəbə ayrılan 84 min manatı mənimsəmədə təqsirləndirilən Bakı Şəhər Təhsil İdarəsinin keçmiş əməkdaşı Şahin Təhməzovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Bizim.Media məlumat yayıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hazırda Xızı-Abşeron Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində işləyən Aydın Rəhimov şahid qismində ifadə verib.

O, ifadəsində bildirib ki, məktəbdə yoxlama zamanı qüsurlar aşkar edib:

"Bakı Şəhər Təhsil İdarəsinin Daxili Nəzarət Sektorunun müdiri vəzifəsində işlədiyim dövrdə, 2022-ci ildə həmin cəzaçəkmə müəssisəsində yerləşən məktəbdə yoxlama aparan zaman qüsurlar aşkar etdik. Saxta əmrlər  imzalanmışdı, orda akt tərtib olundu və Elm Və Təhsil Nazirliyinə ünvanlandı. Bizim tərəfdən aşkar olundu ki, həmin 20 nömrəli məktəbdə tədrisə cəlb olunma zəif idi və yaxud ümumiyyətlə yox idi. Orda tədris məşğələlərində iştirak edən yox idi. Sinif otaqları siyahı üzrə olan tələbə sayına uyğun deyildi. Tədris alanlarla tanış olmaq istədikdə belə şagirdlər demək olar yox idi. Müəllimlərin işə gəlib-gəlməmə amilini ehtimal etdik, dəqiq deyə bilmərəm kimlər konkret işə gəlib, ya yox. Orda bəzi işçilərin izahatı alınmışdı. Mənə təqdim olunan Nazirliyin göndərdiyi məktubda işçilərin davamiyyəti yoxdur".

Sonra təqsirləndirilən şəxs Şahin Təhməzov o zamanlar rəhbərlik etdiyi məktəbin şəraitinin bərbad olmasını bildirib, işçilərdən danışıb. Həmin 8 nəfər texniki işçi vaxtlı-vaxtında işə gəlib-gediblər.

Növbəti məhkəmə prosesi 23 oktyabr tarixinə təyin edilib.

Xatırladaq ki, ittihama əsasən, Şahin Təhməzov cəzaçəkmə müəssisənin daxilində fəaliyyət göstərən məktəbə bəzi əməkdaşları işə götürüb, ancaq onlar işə gəlməyiblər. O, dövlət tərəfindən məktəbə ayrılan 84 min manatı bir neçə il ərzində mənimsəyib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb

Son xəbərlər

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Oxşar xəbərlər