Bakıya dayə kimi gələn əcnəbi sığınacağa yerləşdirilib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az sığınacağın sosial şəbəkə hesabına istinadən xəbər verir.
Sığınacaqdan verilən məlumata görə, Afrika vətəndaşı ölkəyə dayə işi üçün dəvət olunub. Lakin o, ölkəyə gəldikdən sonra onu dəvət edən şəxs fikrini dəyişib və ondan imtina edib.
Hazırda əcnəbi vətəndaş “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağındadır.