Xalq artisti Aftandil İsrafilovun səhhəti ağırlaşır. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Qarmon ifaçısının xanımı Zemfira İsrafilovanın sözlərinə görə, təzyiqi həddən artıq çoxdur, ayaqlarına və ciyərlərinə su yığılıb, böyrəkləri, demək olar, işləmir, hazırda reanimasiyadadır.
81 yaşlı Aftandil İsrafilov kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkir. 3 dekabr tarixində Xalq artistinin xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilmişdir.