Şagirdlərin elektron yerdəyişməsinə start verilir. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.
2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsinə başlanılır. Prosesdə XI sinif şagirdləri iştirak edə bilməyəcəklər.
Bundan əlavə, orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qalması səbəbindən IX sinif şagirdləri 1 mart tarixindən tədris ilinin sonuna qədər yerdəyişmə edə bilməyəcəklər.
Elektron yerdəyişmə 20 fevral saat 11:00-dan başlayacaq. Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.