Azərbaycanda 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə oktyabrın 23-ü saat 15:00-da start veriləcək. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az Elm və Təhsil Nazirliyinə istinadən məlumat verir.
Bununla yanaşı, müxtəlif səbəblərə görə 10-cu siniflərə qeydiyyatla gecikən məktəblilər 23-31 oktyabr tarixlərində məktəblərə qəbul üçün müraciət edə bilərlər.
Qəbul və yerdəyişmə prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə gəlincə, ictimaiyyətə bir müddət sonra əlavə məlumat veriləcək.