Türkiyənin məşhur aktyorları Bakıya gəlirlər. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az “Cinemaplus” kinoteatrlar şəbəkəsinə istinadən xəbər verir.
Türkiyənin “Efsane” filminin premyerası ilə əlaqədar Bakıda qala gecəsi baş tutacaq. Tədbirdə Ahmet Kural və Cemile Canyurt kimi artistlər də iştirak edəcəklər. Daha sonra izləyicilər filmi onlarla birlikdə izləyəcəklər.
Premyera 5 fevral saat 19:00-da “Deniz Mall” Ticarət Mərkəzində baş tutacaq.