top
Aktrisa Mehriban Xanlarovanın ad günüdür
12 avqust 2025, 10:13
- ↺ +

Aktrisa Mehriban Xanlarovanın ad günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Əməkdar artist Mehriban Xanlarovanın doğum günüdür. 

Mehriban Xanlarova 1967-ci il avqust ayının 12-də Bakıda anadan olub.

Yasamal rayonundakı 190 saylı orta məktəbi 1984-cü ildə bitirib. İki il Bakıdakı uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə görkəmli aktyor, xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursu qurtarıb.

Bir müddət azad sənətkar kimi teletamaşalarda oynayıb, "Azərbaycanfilm" kinostudiyasında "Kənar adamlar" (Flora), "Qəzəlxan" (katibə), "Xoşbəxtlər" (müğənninin arvadı) filmlərinə çəkilib. Türkiyənin TRT 1 televiziya kanalının dəvətilə orada "Bizim məhəllə" (Səda) və "Cinlər və pərilər" (Leyla) telefilmlərində əsas rolları ifa edib. 1998-ci il yanvar ayının 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa kimi qəbul olunub. İndiyə qədər bu teatrın səhnəsində çox sayda rol alıb. Teatrda işlədiyi illərdə Azərbaycan Dövlət Televiziyasında İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (Anjel) teletamaşasında oynayıb. 

24 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb.

Mehriban Xanlarova 2018-ci ildə "Manqurt" tamaşasında ifa etdiyi Nayman Ana obrazına görə Bişkekdə keçirilən Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş "Aytmatov və teatr" festivalında "İkinci planda ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub.

Qeyd edək ki, aktrisa SSRİ xalq artisti müğənni Zeynəb Xanlarovanın qardaşı qızıdır.

Son xəbərlər

Xəbər
Bu gün, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
Bu gün, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Xəbər
Bu gün, 15:34

Bakıda XIX əsrə aid tarixi "Şor hamamı" söküləcək? – İDDİA

Xəbər
Bu gün, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
Bu gün, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Bu gün, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Bu gün, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Bu gün, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Bu gün, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Bu gün, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Bu gün, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Bu gün, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
Dünən, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
Dünən, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
Dünən, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
Dünən, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
Dünən, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
Dünən, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Xəbər
Dünən, 13:43

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 11:45

"Instagram"da tanış olduğu yeniyetmənin videosunu yaydı – HÖKM

Xəbər
Dünən, 11:42

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Xəbər
Dünən, 10:49

Sakinlər haqlı çıxdı: ağaclar qanunsuz kəsilibmiş...

Xəbər
Dünən, 10:44

Bakıda hotelin fəaliyyəti dayandırıldı – yanğın təhlükəsi

Oxşar xəbərlər