Bakıda Almaniya və Azərbaycan qadın rəssamlarının sərgisi keçiriləcək. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az “Tardino 6”-ya istinadən xəbər verir.
"Özünüzü evdəki kimi hiss edin" adlı qrup sərgisində əsərlər vasitəsilə rəssamlar ziyarətçilərlə ev və qonaqpərvərlik haqqında öz anlayışlarını bölüşəcəklər.
Tədbir Kultur Aktiv ilə birgə təşkil olunur və Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir.
Sərgi 16 dekabr 2022-ci il - 14 yanvar 2023-cü il tarixləri arası keçiriləcək. Giriş sərbəstdir. Ünvan: İçərişəhər, Kiçik qala küçəsi, 58, “Ta(r)dino 6 Art Platform” məkanı.