Paytaxtın Yasamal rayonu, Parlament prospekti, Alov qüllələrinin qarşısından keçən kanalizasiya xəttində texniki nasazlıq baş verib. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin mətbuat xidmətinə istinadən məlumat verir.
Texniki nasazlığın aradan qaldırılması üçün qazıntı işləri aparılır. İşlərin gün ərzində başa çatması nəzərdə tutulub.
Təmir işləri zamanı prospekt boyunca avtomobillərin hərəkətində məhdudiyyət olmayacaq.
Daha öncə, 25 iyul tarixində Parlament prospektində asfaltlanma üzrə aparılan işlər yekunlaşıb.