Antiterror əməliyyatlarında şəhid olanların məzarları ziyarət edilir.
Report xəbər verir ki, 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçular anılır.
Şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də hökumət rəsmiləri İkinci Şəhidlər xiyabanına gələrək burada dəfn olunan şəhidlərin məzarlarına qərənfillər düzür, əklil qoyur, onların xatirələrini ehtiramla yad edirlər.
Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatlarından sonra ərazi separatçı terrorçulardan təmizlənib.