ASAN İmzanın işində problem yaranıb. ASAN İmzanı təsdiqlətmək istəyən vətəndaşlar səhər saatlarından etibarən ASAN Xidmət mərkəzlərində gözləsələr də, sistemin işləməməsi səbəbindən problemlərini həll edə bilmirlər.
Bizim.Media məlumat yayıb ki, problem ASAN İmza ilə FİN-i inteqrasiya edən proqramda yaranıb.
Qeyd edək ki, sözügedən sistem Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən idarə olunur.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb, qurum sorğuya cavab verməyib.