Bakıda avtobus sürən yeniyetmə ilə bağlı açıqlama verilib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xəzər rayonunda 15 yaşlı yeniyetmənin “İsuzu” markalı avtobusu idarə etdiyi məlum olub. Hadisə ilə bağlı Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Valideyn məsuliyyətə cəlb olunub.
Məsələ ilə bağlı videogörüntülər:
[video width="480" height="496" mp4="https://bakuplus.az/storage/photos/2024/02/youcut_20240227_101706652.mp4"][/video]