Sosial şəbəkələrdə yayılan “Əhmədli” metro stansiyasının yaxınlığında çəkilmiş videogörüntülər cəmiyyətdə geniş müzakirələr yaradıb. Kadrlarda 5 zolaqlı yolun 4-ü avtobuslar, 1 manata işləyən taksilər və piyadalarla doludur. Nəticədə tək boş qalmış sol zolaqla hərəkət edən avtomobillər tıxacda qalır.
Həmin vəziyyət sıxlıqla yanaşı piyadalar və avtomobillər üçün təhlükə saçır.
Oxşar problem “20 Yanvar” metro stansiyasının və “Şamaxinka” adlanan ərazinin arasında müşahidə olunur. Burada avtobuslar üçün iki zolaq ayrılsa da, avtobuslar oraya girmir, yolun ortasında dayanır. Həmin zolaqda “manatlıq” taksilər də öz müştərilərini yığır. Nəticədə sərnişinlər dayanacaqda dayanmır, ortaya çıxır.
Adətən metro stansiyalarının yaxınlığında olan süni tıxaclar şəhərin əsas nəqliyyat qovşaqlarını iflic edir. Yeni il bayramı ərəfəsində valideynlər övladlarını şənliklərə aparanda, insanlar hədiyyə axtaranda və ya ölkənin rayonlarına səyahət etməyə cəhd etdikdə yollarda gərginlik ikiqat artır.
[URIS id=84955]