Avtomobil sahibləri hər il əlavə ödənişlər edəcəklər. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Belə ki, yeni qanuna əsasən, 1 fevral tarixindən etibarən nəqliyyat vasitələri texniki baxışdan keçirilən zaman sürücülər əlavə olaraq utilizasiya fonduna da ödəniş etməli olacaqlar.
Ekspertin sözlərinə görə, utilizasiya fondunun nəqliyyat vasitələrinin utilizasiyası ilə yanaşı ətraf mühitin qorunması ilə də bağlı çox böyük funksiyaları olacaq. Bununla əlaqədar qaydalar yaxın vaxtlarda müəyyənləşməlidir.
İstehsal ili 1-10 il arası olan avtomobillərə görə 10 AZN, 11-21 il arasında olanlara görə 20 AZN, 21-31 il arasında olan avtomobillərə görə 30 AZN, 31 ildən yuxarı olan nəqliyyat vasitələri üçün isə 40 AZN ödəniş ediləcək.
Sözügedən ödənişlər elektrik avtomobillərinə də şamil olunur.