Azərbaycan Dövlət Pedaqoji İnstitutunun sabiq professoru vəfat edib. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Dilçi alim, professor Nadir Abdullayev 87 yaşında dünyasını dəyişib.
N.Abdullayev Göyçay rayonunun Qaraman kəndində anadan olub. O, Pedaqoji İnstitutun Filologiya fakültəsində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru vəzifəsində çalışıb.
Nadir Abdullayev 25 adda monoqrafiya, proqram, dərslik və dərs vəsaitlərinin, həmçinin təlim rus dilində olan orta məktəblərin VII və IX sinifləri üçün "Azərbaycan dili" dərsliklərinin və 100-ə yaxın məqalənin müəllifidir.