11 oktyabr tarixində Azərbaycan Dillər Universitetində (ADU) Çin akrobatikasına həsr olunmuş seminar keçirilib.
Trend-ə istinadən, ADU-nin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Çin bədii irsi" mövzusunda Çin akrobatika teatrının atributlarından, funksiyalarından və idarəetmə üsullarından, ilk milli akrobatik truppasının yaranma tarixindən danışılıb.
Seminarda Çinşünaslıq ixtisasının tələbələri iştirak edib, onlara akrobatikaya aid video çarxlar nümayiş olunub.