Bakıda məşhur serialın kitabının müəllifi ilə görüş keçiriləcək. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Libraff.az-a istinadən xəbər verir.
“Əqrəb” adlı kitabın müəllifi Ceyhun Hidayətli oxucularla görüş keçirəcək. Bu kitabın motivləri əsasında son vaxtlar gündəmdə olan “Əqrəb mövsümü” serialının ssenarisi yazılmışdır.
Tədbir “Libraff” kitab mağazasının “Park Akademiya” filialında 12 fevral saat 15:00-da baş tutacaq. İştirak sərbəstdir.
Ünvan: Hüseyn Cavid prospekti, metronun "Elmlər Akademiyası" stansiyasının əsas girişi ilə üzbəüz yeni tikilinin altı.