Xalq yazıçısı Anar məktəblilərlə görüş keçirəcək. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
“Məktəbdə…” layihəsi çərçivəsində keçiriləcək görüşdə yazıçı məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, mütaliə mədəniyyəti, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq.
Görüş yanvarın 18-də paytaxtın Binəqədi rayonunda yerləşən 276 nömrəli tam orta məktəbdə baş tutacaq.