Martın 2-də və 3-də Bakıda ilk dəfə “Robotex Türkiyə” yarışının bölgə çempionatları keçiriləcək. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
“Robotex Türkiyə” yarışında qalib gəlmiş iştirakçılar Türkiyənin Antalya və Estoniyanın Tallin şəhərlərində keçiriləcək beynəlxalq robot çempionatında iştirak etmək hüququ qazanacaqlar.
Çempionatda 5 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Qeydiyyat fevralın 7-dək davam edəcək.
Həmçinin sözügedən yarış fevralın 17-də və 18-də Naxçıvanda baş tutacaq.