Bakının Gülüstan saryında noyabrın 1-də Təhsilin İnkişafı Forumu (TİF2023) baş tutacaq. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Tədbir Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və "Təhsildən Tərəqqiyə" konsept mesajı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu tərəfindən təşkil olunur.
Forumda "İnnovasiya ekosisteminin yaradılması", "Universitet Sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərində müxtəlif peşəkar spikerlər çıxış edəcəklər.
Tədbir haqqında ətraflı məlumatı www.tif.az rəsmi veb-saytı və sosial media hesablarından əldə etmək mümkündür.