ARB kanalında yayımlanan "Həmin Zaur" verilişində "Yekə burun" müsabiqəsi elan edilib. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az məlumat verir.
Qaydalara əsasən, şounun müsabiqəsində Azərbaycanda iri burunlu insanlar iştirak edəcək və tanınmış plastik cərrahlardan biri seçilən şəxsi pulsuz əməliyyat etdirəcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslərdən verilişin əlaqə vasitələrinə şəkillərini göndərmələri tələb olunur.