Ölkədə “Trendyol” reklamlarından ən çox qazanan blogerlərin adları açıqlanıb. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az “ARB” kanalında yayımlanan “Günə son” proqramına istinadən məlumat verir.
Proqramda iştirak edən bloger Ramal İsayevin sözlərinə görə, Azərbaycanda Türkiyə saytından ən çox pul qazanan bloger Arzu Məmmədovadır. Verilən məlumata görə, o, hər ay reklamdan 65.000 manat qazanır.
Blogerlər Elmira Namazova, aparıcı Zaur Baxşəliyev və Günay Baxşəliyeva aylıq 50 min, İsa Şükürov isə 10 min qazanırlar.
İsayev, həmçinin prodüser Tarix Əliyevin adını çəkərək onun da bu reklamlardan yüksək gəlir əldə edənlər sırasında olduğunu iddia edib.