Bu gün məşhur şahmatçı Vüqar Həşimovun anım günüdür.
Beynəlxalq dərəcəli qrosmeyster 24 iyul 1986-cı ildə anadan olub. 9 yaşında Azərbaycan çempionu olur, 16 yaşında isə qrosmeyster adını qazanır. O, Azərbaycan tarixində ilk Avropa çempionu olan komandanın üzvü olur və bu ada 23 yaşında layiq görülür.
11 yanvar 2014-cü ildə Vüqar Həşimov beynindəki bədxassəli şiş səbəbindən Almaniyada, Heydelberq klinikasında dünyasını dəyişib.
Hazırda qrosmeysterin adını daşıyan Şahmat Akademiyası fəaliyyət göstərir. Onun xatirəsinə beynəlxalq turnir təşkil olunur.