top
Azərbaycan həbsxanasındakı intim həyat: Bu şərtlə… - ÖZƏL AÇIQLAMA
22 yanvar 2025, 07:00
- ↺ +

Azərbaycan həbsxanasındakı intim həyat: Bu şərtlə… - ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəza müəssisələrində məhbus həyatı yaşayanların kimlərlə görüşünə icazə verilməsi, onların intim həyatı, məhbəsin daxili qaydaları çoxlarına maraqlıdır.

Həbsxanada sosial münasibətlər və qrupdaxili əlaqələr ciddi şəkildə tənzimlənir. Məhbusların bir-biri ilə münasibətləri müəyyən qaydalarla idarə olunur, bəzən sosial qrupların yaranması və ya xüsusi əlaqələrin qurulması qadağan edilə bilər.

Məhbuslar digər məhbuslarla sərbəst ünsiyyət qura bilsələr də, bəzi hallarda bu ünsiyyətlər müəyyən məhdudiyyətlərə tabedir. Məsələn, xüsusilə təhlükəli və ya yüksək riskli şəxslər arasında əlaqə qadağan olunur.

Məhbuslara ailə üzvləri və dostları ilə müəyyən qaydalar çərçivəsində əlaqə saxlamağa icazə verilir. Telefon zəngləri, məktublaşma və ziyarətlər müəyyən saatlar və şəraitlə məhdudlaşdırılır.

Maraqlıdır, həbsxanada olan kişi və ya qadının intim həyatı necə tənzimlənir?

Məsələnin hüquqi tərəfini şərh edən hüquqşünas Şamil Paşayev Bakuplus.az-a deyib ki, həbsxanada olan subay şəxslərin intim həyatı ilə bağlı qanunda boşluqlar var:

“Məhkumlara ayda bir dəfə cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər təyin edilir. Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə həyata keçirilir. Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir.

Evli olan şəxslərdə cinsi istək qanunla təmin edilir. Həmin şəxslər həyat yoldaşları ilə görüşə bilirlər.

Ancaq evli olmayan şəxslərin həbs müddətində seks həyatı ilə bağlı hər hansı bir qayda nəzərdə tutulmur. Hesab edirəm ki, bu, qanunvericilikdə boşluqdur. Çünki hər bir insanın təbii tələbatı var ki, bu qarşılanmalıdır.

Keçmişə nəzər salsaq, orta əsrlərdə fransız ordusunda kişilərə intim xidmət göstərmək üçün qadınların olduğu bölük fəaliyyət göstərib. Yəni şəxsin sevgilisi varsa, onun cinsi tələbatını ödəyən şəxs varsa, bu məsələni həll etmək olar. Amma təəssüf ki, qanunvericilik buna icazə vermir”.

Bəs bu məsələnin sosioloji tərəfi necədir? Həbsxanada olduğu müddətə intim həyatı təmin edilməyən şəxslərin azadlığa çıxdığı zaman düşüncələrində nələr dəyişir?  

Sosioloq Lalə Mehralı saytımıza açıqlamasında bildirib ki, həbsxanada nikahsız birlikliyə şərait yaratmaq əxlaqi dəyərlərə ziddir:

“Ona görə icazə verilmir. Fikrimcə, doğrusu da budur. Nikahsız münasibətə şərait yaratmaq həbsxanalarda fahişəliyi leqallaşdırmaq deməkdir və qətiyyən yolverilməzdir. Doğrudur, orqanizmin fiziki tələbləri də var ki, qarşısı alınmadıqda xəstəliyə səbəb olur. Lakin uzun müddət cinsi tələbatını ödəməyən birinin həbsdən sonra pedofilliyə meyllənməsi fiziki problem deyil, psixoloji problemdir, bu, xislət məsələsidir. Bu cür insan bütün vəziyyətlərdə o xislətini göstərəcək.

Uzun illər həbsxanada olan insanlar orada da evlənə bilir, nikah həbsxana şəraitində bağlanır, həyat yoldaşı daha sonra görüşünə gedə bilir. Lakin həbsdə olan biri ilə evlənmək istəyən də nadir olur. Məncə, çıxış yolu qadın-kişi həbsxanalarında cəza çəkən və evlilik niyyətində olan insanların tanış olması ola bilər. Müəyyən günlərdə, nəzarət altında qarşılıqlı tanışlıq, görüş keçirilə bilər, razılığa gəlsələr, bir-birinə könül versələr, evlənə bilərlər. Belə olan halda ayın müəyyən günləri həbsxanadan həbsxanaya görüşə aparıla bilərlər. Belə addım həm qanuni, həm də insani dəyərlərə uyğun olar”.

Bir də bu mövzunun sağlamlıq tərəfdən də təsirləri mövcuddur. Cinsi tələbatını ödəyə bilməyən şəxslərin sağlamlığında yaranan problemlər heç kəsə gizli deyil.

Seksoloq Təhmasib Cavadzadə qeyd edib ki, həbsxanada olan şəxslərin intim həyatı təmin edilməyə bilər:

“Subay adam həbsxanada cəzalıdır. Həbsxana onun əsas ehtiyaclarını təmin edə bilir. Seks əsas ehtiyaclardan deyil. Əgər ailəlilərə bu şərait yaradılırsa, ailəyə görə yaradılır. Kişinin ehtiyacını ödəməsi üçün yox.

Cəza müddətində mastuкbasiya və ya digər formada cinsi istək ödənilsə, problem olmayacaq. Amma bunu da düzgün etmək lazımdır. Çünki düzgün olmayanda azadlığa çıxan zaman problem yaranacaq. Evlilər də düzgün mastuкbasiya etməsə, həbsdə olan zaman onlarda da bu problem yarana bilər”.

Sonda gəlinən nəticə budur ki, həbsxanalarda yaxın dost-tanış üçün qısamüddətli görüş var və bu, nəzarətçinin müşayiəti ilə baş tutur. Belə görüşlərə kameralar vasitəsilə də nəzarət olunur. Bir də uzunmüddətli görüşlər var ki, belə görüşlərə yalnız ailə üzvləri gələ bilər. Ər-arvad görüşü də uzunmüddətli görüşə daxildir və yalnız nikah kağızı əsasında baş tutur. Yəni onların ər-arvad olduğunu təsdiqləyən sənəd olmazsa, uzunmüddətli görüşə icazə verilə bilməz. Ər-arvadın görüşdüyü otaqlarda kamera quraşdırılmır, çünki bu, onların hüquqlarına ziddir, şəxsi həyata müdaxilə sayılır.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər