Böyük Britaniyanın naziri Bakıda konfrans keçirəcək. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına istinadən xəbər verir.
ADA Universitetində “İqlim Fəaliyyəti üçün Qitələrin Birləşməsi” mövzusunda konfrans keçiriləcək. Tədbirdə Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Net Zero üzrə dövlət naziri Qrem Stüart iştirak edəcək.
Konfrans 22 fevral saat 16:00-da baş tutacaq. Qeydiyyat üçün rsvp@ada.edu.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.