"Üzən Günəş panelləri sisteminin inkişafı və texniki yardım" layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücündə üzən Günəş elektrik stansiyası inşa edilib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az PhotoStock.az-a istinadən xəbər verir.
Bu stansiya Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) tərəfindən həyata keçirilən layihə çərçivəsində İspaniyanın "Gamma Solutions" şirkəti tərəfindən qurulub.
Stansiya, Günəş enerjisini elektrik enerjisinə çevirən üç əsas blokdan ibarət fotovoltaik sistemlə işləyir. Üzən hissənin gücü 95 kVt, yerüstü hissənin gücü isə 5 kVt təşkil edir.
PhotoStock.az ərazidən fotoreportaj hazırlayıb.
[caption id="attachment_146394" align="alignnone" width="640"]
Foto Photostock[/caption]