top
Bağçadan qaçan uşaq anası bağça rəhbərliyindən 15 min manat tələb edib - VİDEO
12 avqust 2023, 04:31
- ↺ +

Bağçadan qaçan uşaq anası bağça rəhbərliyindən 15 min manat tələb edib - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Səbail rayonunda 339 saylı uşaq bağçasından qaçan uşağın hekayəsinin davamı üzə çıxıb. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.

7 avqust tarixində saat 16:15 radələrində adıçəkilən rayonda yerləşən 339 saylı uşaq bağçası əməkdaşlarının səhlənkarlığına görə uşaq bağçanı tərk edərək küçədə nəzarətsiz qalıb. Onu götürməyə gələn ana övladını küçədə görərkən avtomobilinə mindirib. Daha sonra qadın bağçaya gedib.

Bağçaya gələn Jalə Abdulova tərbiyəçidən uşağın harada olduğunu soruşub. Bağça əməkdaşları isə uşağın digər valideynləri ilə getdiyini bildiriblər. Məsələ ilə bağlı mübahisə yaranıb, uşağın anası isə bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15.000 manat pul tələb edib. O, bunu övladını özəl bağçaya vermək istəməsi ilə əlaqələndirib və dövlət bağçasının rəhbərliyindən pulun ödənilməsini istəyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, bağça əməkdaşları və uşağın valideyni polis bölməsinə dəvət olunublar, işçilərlə söhbət aparılıb, hər iki tərəfdən izahat götürülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində də hadisədən xəbərdardırlar.

“Görülmüş tədbirlər nəticəsində qısa müddətdə uşaq geri qaytarılıb. Operativ olaraq məsələ araşdırılıb və tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görülüb. Həmçinin valideynə məlumat verilib və valideynlə söhbət aparılıb. Təəssüf ki, valideyn adekvat münasibət göstərməyib, qanunsuz tələblərlə çıxış edib. Onu da qeyd edək ki, uşaqların mühafizəsi və işçilərin məsuliyyətinin daha da artırılması ilə bağlı müvafiq tədbirlər görülüb”, – qurumdan bildirilib.

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər