Bakıda peşə təmayüllü siniflərin olduğu məktəblərin sayı açıqlanıb. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan məktəblərin arasında 5 təhsil ocağı - 117, 120, 234, 274, 293 saylı tam orta məktəblərdə peşə təmayüllü siniflər fəaliyyət göstərir.
Bu kimi siniflərin əsas məqsədi ümumi təhsil bazasında təhsil alanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla peşə təhsilinə hazırlanmasıdır.