Heydər Əliyev Beynəlxalq Aeroportu standart rejimdə işləyir. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az hava limanına istinadən xəbər verir.
“Bakı hava limanında uçuşlar cədvələ uyğun olaraq həyata keçirilir. Aeroportda uçuş-enmə zolaqlarının, sükanlama yollarının və təyyarələrin buzlanmaya qarşı maye ilə təmizlənməsi üçün mütəmadi olaraq bütün zəruri işlər aparılır”, - deyə paylaşımda bildirilir.