Bakı Ali Neft Məktəbində çalışan qadınların iş saatı azaldılıb. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az “Azərbaycan Universitetləri” Facebook səhifəsinə istinadən xəbər verir.
Təhsil müəssisəsinin rektoru Elmar Qasımov bildirib ki, universitetdə çalışan qadınların iş saatı 17:00-da bitəcək.
“Bakı şəhərində hər gün tıxac var. Təbii ki, 18:00-da işdən çıxan qadın evə gec çatır. Biz də öz daxilimizdə qərar qəbul etmişik ki, qadınlar saat 17:00-da işdən çıxsınlar. Bu zaman onlar 18:00-da evdə olurlar. Fikrimcə, bu, haradasa məişət problemini bir tərəfdən həll edir”, - deyə o əlavə edib.